Yeravanda polis qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verib
23.04.2021 [08:14]
Növbədənkənar seçkiyə hazırlaşan məğlub ölkədə müxalifət itaətsizlik aksiyalarına, hakimiyyət isə kütləvi həbslərə başlayıb
Məğlub Ermənistanda 5 aydan çoxdur davam edən siyasi xaos yeni mərhələyə qədəm qoyub. Belə ki, növbədənkənar parlament seçkilərinin tarixi elan olunduqdan sonra, ölkədə siyasi qarşıdurma bir qədər səngisə də, son günlər yenidən kütləvi vətəndaş itaətsizliyi aksiyaları müşahidə edilib. Vəziyyətin birdən-birə gərginləşməsinə səbəb baş nazir Nikol Paşinyanın regionlara səfərə çıxması olub.
Ermənistan mediasının yazdığına görə, Qafan, Qacaran, Mehri və digər şəhərlərdə baş nazir yerli sakinlərin etiraz aksiyaları ilə qarşılaşıb. Regionların əhalisinin baş nazirin səfərinə qarşı çıxması Paşinyan tərəfindən qəzəblə qarşılanıb və artıq kütləvi itaətsizlik aksiyalarının əsas təşkilatçılarının cəzalandırılmasına başlanılıb. “Aysor.am”ın yaydığı məlumata görə, Paşinyan təhlükəsizlik xidmətinin direktoru Armen Abazyandan və polis xidmətinin rəisi Vahe Kazaryandan regionlarda keçirilən etiraz aksiyalarının bütün fəallarının və təşkilatçılarının həbs olunmasını tələb edib.
Bu arada hakimiyyət elan edib ki, etiraz aksiyalarını təşkil edən Sünik vilayətinin keçmiş qubernatoru, “Zəngəzur” mis-molibden kombinatının baş direktorunun müavini, “Yüksələn Ermənistan” partiyasının lideri Vahe Hakobyan olub. Məlumatda bildirilir ki, aksiya iştirakçılarının əksəriyyəti V.Hakopyanın partiyasının üzvləridir. “Panorama.am”ın yazdığına görə, aksiyaların digər bölgələrə də keçməsinin qarşısını almaq üçün kütləvi həbslər aparılıb. Eyni zamanda, Mehri şəhərinin meri Mxitar Zakaryan həbs edilərək Yerevana gətirilib. Yeri gəlmişkən, qeyd edək ki, vəziyyətin bu dərəcədə gərginləşməsi paytaxt Yerevanda müxalifəti hərəkətə keçirib. Belə ki, “Vətənin xilası naminə hərəkat”ın rəhbərlərinin təşəbbüsü ilə aprelin 22-nə keçən gecə Yerevanda sadə vətəndaşlar baş nazirin iqamətgahını mühasirəyə alıblar. Gecə boyunca polis qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verib, bir çox iştirakçı həbs olunub. “News.am” yazır ki, aprelin 22-də səhər isə “Azadlıq” təşəbbüs qrupunun üzvləri olan və “Nikol xaindir!” şüarını səsləndirən gənclər özlərini Ermənistan hökumətinin binasının girişindəki darvazaya zəncirləyiblər. Qeyd edək ki, aksiyaçılar arasında özünü qapıya zəncirləyən bir qadın da olub.
Yerli media yazır ki, regionlardakı etirazlardan və paytaxtdakı qarşıdurmadan sonra artıq siyasi dairələrdə ölkədə yaranmış vəziyyətə görə Paşinyanın seçkilərdən imtina edəcəyi barədə söz-söhbətlər gəzir. “Panorama.am”ın yazdığına görə, “Vətənin xilası naminə hərəkat”ın koordinatoru İşxan Saqatelyan deyib ki, müxalifət Paşinyanın yaxın günlərdə seçki keçirməkdən imtinasını istisna etmir. Paşinyanın etiraz aksiyalarının təşkilatçılarını cəzalandırmağın zəruriliyinə dair açıqlamalarına gəlincə, müxalifətçi qeyd edib ki, regionlarda kütləvi həbslər davam edərsə, müxalifət kütləvi aksiyalarla sərt cavab vermək niyyətindədir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

