Ermənistanda yeni parlamentin ilk iclası qalmaqallarla müşayiət olunub
03.08.2021 [08:55]
Məlum olduğu kimi, ötən gün Ermənistanda yeni parlament öz işinə başlayıb. Ermənistan mediasının yaydığı məlumata görə, həmin gün Yerevanda gərgin vəziyyət hökm sürüb, hakimiyyət bir sıra təhlükəsizlik tədbirləri görüb. Belə ki, paytaxtın əsas küçələrində nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb, parlament və hökumət binalarının qarşısına çox sayda polis qüvvələri cəmləşdirilib.
Qeyd edək ki, həmçinin parlamentin ilk iclası müxalifətin hakimiyyətə qarşı bir sıra addımları ilə də yadda qalıb. Məsələn, “Panorama.am” yazır ki, “Ermənistan” blokundan olan deputatlar parlamentin iclasında bu yaxınlarda həbs edilmiş bələdiyyə başçılarının ağ-qara fotoşəkilləri olan köynəklərlə iştirak ediblər. “Newsarmenia.am” isə yazır ki, müxalifət parlamentin ilk iclasını pozmağa çalışıb: “Müxalif deputatlar sədrin təkliflərinə tabe olmayıblar. Deputatların təqdimatı zamanı ayağa qalxmayıb və alqışlamayıb, hətta etiraz əlaməti olaraq əllərini stollara vurublar. Bundan əvvəl “Ermənistan” blokunun deputatı Artsvik Minasyan siyahı üzrə deputat seçilən Mehrinin keçmiş meri Mxitar Zakaryanın və Sisian şəhərinin meri Artur Sarkisyanın azad edilərək parlamentə gətirilməsi üçün 20 dəqiqəlik fasilə verilməsini tələb edib”.
“Aysor.am” yazır ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının siyahısı üzrə seçilən kürd icmasının nümayəndəsi, ən yaşlı deputat Knyaz Həsənovun başçılığı ilə keçirilən parlamentin ilk iclasında hesablama komissiyası yaradılıb və parlamentin rəhbərliyinə seçkilər baş tutub. Əvvəllər vitse-spiker vəzifəsini tutan Alen Simonyan “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən spiker vəzifəsinə namizəd kimi irəli sürülüb. Müxalif deputatlar A.Simonyanın səsverməsinin müzakirəsi zamanı həbsdə olan deputatlara görə iclas zalını tərk ediblər. “Ermənistan” və “Şərəfim var” fraksiyaları səsvermədə iştirak etməsələr də, A.Simonyan parlamentin yeni sədri seçilib. Qeyd edək ki, keçmiş yüksək texnologiyalar və sənaye naziri Hakop Arşakyan və parlamentin xarici əlaqələr daimi komissiyasının sabiq sədri Ruben Rubinyan hakim fraksiyadan vitse-spiker vəzifələrinə namizəd irəli sürülüblər.
Bu arada, “Hraparak” qəzeti yazır ki, “Ermənistan” və “Şərəfim var” müxalif blokları parlamentdəki vəzifələrin bölgüsü üzrə razılığa gəliblər. Beləliklə, “Daşnaksutyun”un ali qurumunun nümayəndəsi İşxan Saqatelyan “Ermənistan” və “Şərəfim var” bloklarından vitse-spiker vəzifəsinə vahid namizəd kimi irəli sürülüb. Yeri gəlmişkən, müxalifətin parlamentin işini pozmaq cəhdlərinə baxmayaraq, “Vətəndaş müqaviləsi” partiyasının fraksiyası Ermənistan hökumətinin başçısı vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürüb. Elə həmin gün Ermənistan prezidenti Armen Sarkisyan konstitusiyanın 149-cu maddəsinə uyğun olaraq N.Paşinyanı ölkənin baş naziri vəzifəsinə təyin edib.
Buna baxmayaraq, “News.am” yazır ki, Ermənistan prezidenti A.Sarkisyan yeni parlamentdə çıxış edərkən ölkədəki vəziyyətin acınacaqlı olduğunu, saysız problemlərin öz həllini gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, ölkəni dərin böhrandan çıxarmaq üçün cəmiyyətdəki parçalanmanın qarşısını almaq lazımdır.
Göründüyü kimi, Ermənistanda parlament fəaliyyətə başlasa da, hökumətin formalaşması mümkün görünsə də, ölkədə mövcud olan problemlər bundan sonra Paşinyan hakimiyyəti üçün daha çətin olacağını deməyə əsas verir. Çünki prezidentin də etiraf etdiyi kimi, məğlub Ermənistanda bütün sahələrdə böhranın daha da dərinləşməsi müşahidə olunur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31

