Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiyada güclü zəlzələ baş verib

Yaponiyada güclü zəlzələ baş verib

09.12.2021 [12:45]

 

Yaponiyanın cənub-qərbindəki Tokara arxipelaqında güclü zəlzələ baş verib. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) həftə sonundan bəri 200-dən çox kiçikmiqyaslı təkanların yaşandığı Tokara arxipelaqının cənub-qərbində 6 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Kaqoşima əyalətinə daxil olan arxipelaqda yerli vaxtla saat 11.05-də 20 kilometr dərinlikdə baş verən zəlzələ ilə bağlı sunami xəbərdarlığı verilməyib.

Zəlzələlərin davam edə biləcəyini və şiddətinin arta biləcəyini qeyd edən JMA, bölgə əhalisini qabaqlayıcı tədbir görmələri ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, arxipelaqda noyabrın 4-dən bu günə qədər 1-4 bal gücündə 200-dən çox zəlzələ baş verib.

 

Paylaş:
Baxılıb: 1008 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31