Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanın Şovi kurort mərkəzi tamamilə məhv olub

Gürcüstanın Şovi kurort mərkəzi tamamilə məhv olub

07.08.2023 [10:09]

Avqustun 3-də Gürcüstanın qərbində, Raça yüksək dağlıq rayonunda baş vermiş torpaq sürüşməsi nəticəsində Şovi kurort mərkəzi tamamilə məhv olub.

Bu barədə jurnalistlərə Tbilisi şəhərinin meri, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladze məlumat verib. Onun sözlərinə görə, Raçada, xüsusən də Şovidə baş verənlər çox ciddi problemlər yaradıb, infrastruktur dağılıb. Şovi, demək olar ki, palçıq altında qalıb. 

K.Kaladze vurğulayıb ki, sürüşmə zonasında fəsadların aradan qaldırılması istiqamətində işlər gecə-gündüz davam etdirilir. 

Qeyd edək ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin cəsədi tapılıb, təxminən 20 nəfərin axtarışları isə davam etdirilir. 

Ölənlərdən 14-nün şəxsiyyəti müəyyən edilib. Onlar arasında Rustavidən olan 18 yaşlı etnik azərbaycanlı Samirə İsayeva, həmçinin bir Rusiya vətəndaşı var.

Paylaş:
Baxılıb: 714 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30