Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İranın Dəməşqdəki səfirliyi yaxınlığında hava hücumu nəticəsində 6 nəfər həlak olub

İranın Dəməşqdəki səfirliyi yaxınlığında hava hücumu nəticəsində 6 nəfər həlak olub

01.04.2024 [20:22]

İsrail Hərbi Hava Qüvvələrinin raketinin Suriya paytaxtının qərbində, İran səfirliyi və konsulluğunun yerləşdiyi Mezze məhəlləsini vurması nəticəsində azı 6 nəfər həlak olub. Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, raketlərdən biri Livan və Fələstin təşkilatlarının nümayəndələri ilə görüşlər üçün istifadə edilən villaya düşüb. İran səfiri hadisə yerində olub, lakin xəsarət almayıb.

İranın diplomatik missiya kompleksinin yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbi məsləhətçilərinin yaşadığı villalar var. “Al Hadath” hücumun hədəfinin Suriyada yerləşən İran zabitlərindən biri ola biləcəyini ehtimal edir.

Xatırladaq ki, yanvarın 20-də eyni şəraitdə İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlı qüvvələrinin kəşfiyyat xidmətinin komandiri, general Yusuf Omid Zadə Dəməşqdə öldürülüb. Daha sonra hücumda 3 təyyarə iştirak edib, məsləhətçilərin yaşadığı dördmərtəbəli ev tamamilə dağıdılıb.

Paylaş:
Baxılıb: 851 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30