Bukerin İran həmləsi
04.04.2026 [08:37]
Raketlər havadadır, deyəsən, atəş Ədəbiyyat cəbhəsindən gəlir...
Olmasın o ədəbiyyat və o mükafat ki, tam siyasiləşir. Amma qoy ictmailəşsin. Belə də olmalıdır. Bir-birinə bağlı, bəlkə də, bir-birinin içində mövcud olan anlayışlardır - siyasi və ictimai... Dünyadakı bütün ədəbi proseslər, yazılı təsir imkanı olan mətnlər, oxunan, öyrənilən müəlliflər həm də ictimai YÜK daşıyır, dolayısı ilə siyasi hədəflərə də gəlib çıxa bilir. Bəs nəyə görə, adını “mədəni siyasət”, “dil siyasəti” və sair qoyub uğrunda mübarizələr aparırıq? Mətnlər isə həm də çirkə bulaşmaz, suda batmaz, odda yanmazdır. Mətnlər dünyanı dəyişə biləcək bir gücdür...
Şida Bazyarın “The nights are quiet in Tehran”(“Tehranda gecələr sakitdir” - sətri tərcümə.) romanı 2026-cı il Beynəlxalq Buker Mükafatının qısa siyahısındadır. Bu mükafat hər il dünyanın istənilən yerində, istənilən dildə yazılmış, lakin mütləq və MÜTLƏQ Böyük Britaniya və ya İrlandiya nəşriyyatlarının birində ingilis dilinə tərcümə olunaraq nəşr edilməlidir. Mükafat fondu da böyükdür, tərcüməçi və müəllif arasında bölünməklə ədəbi mühitdə inanılmaz rezonans yaradır, sanki dünyanın ədəbi cameəsini ayaq üstə saxlayıb təmərgüzləşdirir, ayıq-sayıq olmağa vadar edir, diqqətləri daim öz üzərində saxlayır. Həm yerli naşir şifarişlər alır, həm dövlət xəzinəsinə vergi ödənir, ölkənin beynəlxalq statusu öz nüfuzunu və təsir imkanlarını qoruyub-saxlayır, həm də barəsində “Axı nə üçün bu qədər geniş yayılır?” deyə sual etdiyimiz ingils dili başqa dillərin, anlayışların hesabına çiçəklənir. Qazanılan xərclənən vəsaitdən qat-qat çoxdur...
Ədəbiyyat bu cür proseslərin içərisində olmalıdırmı? Görünür, müasir dünya hay-küysüz, PR-sız olmayacaq. Necə ki, Sİ (Süni intellekt) olmadan gələcəyi təsəvvür etmək mümkün deyil. İş orasındadır ki, “Buker” i təşkil edənlər Ədəbiyyatın strateji hədəflərini yağdan tük çəkən kimi çəkib çıxara bilirlər...
“Tehranda gecələr sakitdir” romanından iki fraqment: “...Valideynlərimizə neftin, amerikalıların, ingilislərin bir vahid, Şahın isə tamamən bizə qarşı olduğu deyilmişdi. Valideynlərimiz iş-güclərini bir kənara qoyub küçələrə çıxdılar və sonra yenidən evlərinə qayıtdılar... susmalı oldular, bir daha Şaha qarşı heç nə demədilər. Sonra bizi məktəbə göndərdilər və dedilər: Biz bu ölkəni sevirik; indi isə siz onun məktəblərini sevin...”
“... Hər İnqilab nə vaxtsa köhnəlir və biz bu ölkəni əvvəlkindən də daha çox sevməyə başlayırıq. Qısa müddətdə dərsliklər dəyişdirildi; Şah haqqında səhifələri cırıb divardan şəklini də götürdük...”
Şida Bazyar 1988-ci ildə Almaniyada anadan olub. Ədəbiyyat və jurnalistika üzrə təhsil alıb. “Tehranda gecələr sakitdir” onun ilk romanıdır. Tənqidçilər tərəfindən bəyənilən kitab Almaniyada 30 mindən çox nüsxə satılıb...
Yeri gəlmişkən, Beynəlxalq Buker Mükafatı klassik “Buker” dən xeyli müddət sonra təşkil edilməyə başladı. İngiltərə və Avropada bir vaxt ayılıb baxdılar ki, miqrantların bir qismi öz ana dilində deyil, gəlib yerləşdikləri ölkənin dilində yazmağa başlayıblar. Bir qisim isə öz dilində yazsa da, ÖZÜNDƏN QOPUB. Yəni, “qoca qitə”nin bir parçasına çevrilib. Nə üçün bu “dönmə”lərdən faydalanmasınlar?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
05 Aprel 13:15
Dünya
05 Aprel 12:50
Xəbər lenti
05 Aprel 12:23
Dünya
05 Aprel 11:49
İdman
05 Aprel 11:16
Dünya
05 Aprel 10:58
Xəbər lenti
05 Aprel 10:20
Dünya
05 Aprel 09:42
İdman
05 Aprel 09:30
Dünya
05 Aprel 09:14
Dünya
05 Aprel 08:51
İdman
05 Aprel 08:33
Elm
05 Aprel 07:31
Dünya
05 Aprel 07:25
Elm
05 Aprel 06:47
Dünya
04 Aprel 23:18
Dünya
04 Aprel 22:25
Dünya
04 Aprel 21:30
Dünya
04 Aprel 20:33
İqtisadiyyat
04 Aprel 19:22
Sosial
04 Aprel 18:19
Siyasət
04 Aprel 17:58
Xəbər lenti
04 Aprel 17:54
Dünya
04 Aprel 17:40
Dünya
04 Aprel 16:29
Dünya
04 Aprel 15:32
Sosial
04 Aprel 15:10
Sosial
04 Aprel 14:44
Dünya
04 Aprel 14:16
YAP xəbərləri
04 Aprel 13:23
Gündəm
04 Aprel 12:20
Gündəm
04 Aprel 11:55
Gündəm
04 Aprel 11:37
Gündəm
04 Aprel 11:33
Gündəm
04 Aprel 11:19
İqtisadiyyat
04 Aprel 10:53
Gündəm
04 Aprel 10:36
Gündəm
04 Aprel 10:12
Xəbər lenti
04 Aprel 10:03
İqtisadiyyat
04 Aprel 09:58
Gündəm
04 Aprel 09:42
Analitik
04 Aprel 09:30
Ədəbiyyat
04 Aprel 09:15
Gündəm
04 Aprel 09:11
Sosial
04 Aprel 08:51
Ədəbiyyat
04 Aprel 08:37
Gündəm
04 Aprel 08:12
Siyasət
03 Aprel 23:22
Dünya
03 Aprel 23:14
Dünya
03 Aprel 22:46
Dünya
03 Aprel 22:17
YAP xəbərləri
03 Aprel 22:08
İdman
03 Aprel 21:55
Dünya
03 Aprel 21:29
YAP xəbərləri
03 Aprel 21:14
Elm
03 Aprel 20:52
Turizm
03 Aprel 20:21
İdman
03 Aprel 19:45
Dünya
03 Aprel 19:17
YAP xəbərləri
03 Aprel 18:58
Dünya
03 Aprel 18:50
Elm
03 Aprel 18:26
İdman
03 Aprel 17:40
Dünya
03 Aprel 17:22
Gündəm
03 Aprel 16:47
Dünya
03 Aprel 16:36
Gündəm
03 Aprel 16:28
Siyasət
03 Aprel 16:21
Dünya
03 Aprel 16:19
Dünya
03 Aprel 16:03

