Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Sabahdan Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçiminə başlanılır

Sabahdan Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçiminə başlanılır

08.08.2024 [12:34]

Türkiyə-Azərbaycan Universitetinə 2024–2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, abituriyentlər avqustun 9-dan 19-dək ixtisas seçimində iştirak etməklə qeyd olunan ixtisasları seçə bilərlər.

Tədris ingilis dilində və Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universiteti ilə bağlı Azərbaycan Texniki Universitetində “Açıq qapı” günü keçirilir. Abituriyentlər “Açıq qapı” günündə iştirak etməklə universitetlə əlaqədar onları maraqlandıran suallara cavab tapa bilərlər.

“Açıq qapı” günü şənbə və bazar daxil olmaqla hər gün saat 09:00-dan 18:00-a qədər davam edir.

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30