BDU-nun 6 tələbəsi “MEDİAlab” layihəsi çərçivəsində mükafatlandırılıb
09.12.2024 [22:58]
Medianın İnkişafı Agentliyi və “AzerGold” QSC-nin birgə təşkilatçılığı ilə keçirilən “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin mükafatlandırma mərasimi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.
Tədbirdə Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova qeyd edib ki, çağdaş medianın tələblərinə cavab verən, gənc, dinamik, istedadlı və bacarıqlı jurnalistlərin hazırlanması olduqca vacibdir. “MEDİAlab” layihəsi çərçivəsində təşkil olunan “Kreativ Media - Bakı” məzmun müsabiqəsi bu istiqamətdəki mühüm təşəbbüslərdəndir.
Qeyd olunub ki, müsabiqə müddətində Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova və BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyevanın iştirakı ilə “Kreativ Media – Bakı” məzmun müsabiqəsinin finalçıları ilə mentorluq görüşü keçirilib. Görüş zamanı mentorlar gənclərin hazırladıqları onlayn qəzet və süjet materiallarını təhlil edib, tövsiyələrini veriblər.
“AzerGold” QSC-nin müşaviri Leyla Sadıxova qlobal ətraf mühit məsələlərinin və dayanıqlı inkişafın artıq dünyada yeni məzmun kəsb etdiyini qeyd edib. O, “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin mövzularının müasir dövrün çağırışları ilə uzlaşdığını, gənclərin hazırladıqları reportajlarda iqlim dəyişmələrinə qarşı mübarizədə yeni yanaşmaların əks olunduğunu bildirib.
Sonda müsabiqənin qalibləri təltif olunublar. BDU-nun tələbələri Nurlan Cəbrayılzadə, Nahid Xəlilov, Safura Məmmədova “Onlayn qəzet”, Günel Məmmədova, Səmayə Qədirova və Alidə Məmmədova isə “Reportaj” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.
Tədbir çərçivəsində “Yaşıl həmrəylik və dayanıqlı inkişaf mediada” adlı ideya müsabiqəsi də keçirilib. Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova müsabiqənin hazırlıq prosesi və istiqamətlərinə dair məlumat verib.
Daha sonra iştirakçılar 30 dəqiqə ərzində “Ekoloji təşəbbüslər: “Yaşıl düşüncə” və “Sıfır Emissiya: Sağlam gələcək” mövzuları üzrə təqdimat hazırlayıblar. BDU-nun “Eko-PROQRESS” komandası ideya müsabiqəsinin qalibi olub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

