Ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
24.05.2025 [08:06]
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 13-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanda iştirakı nəzərdə tutulan 51237 nəfərdən 337 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 8 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 28 may saat 10:00-dan 30 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Xəbər lenti
Hamısına baxHadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50
Dünya
30 Yanvar 21:33
Sosial
30 Yanvar 21:19
Dünya
30 Yanvar 20:54
Dünya
30 Yanvar 20:22
Siyasət
30 Yanvar 20:13
Dünya
30 Yanvar 20:07
Dünya
30 Yanvar 19:45
Hadisə
30 Yanvar 19:30
Dünya
30 Yanvar 19:11
YAP xəbərləri
30 Yanvar 18:51
Əlaqə
30 Yanvar 18:34
Siyasət
30 Yanvar 18:09
Siyasət
30 Yanvar 17:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |

