/ / ADPU-nun Şamaxı filialında “Milli qurtuluş – Heydər Əliyevin tarixi qayıdışı” mövzusunda tədbir keçirilib
ADPU-nun Şamaxı filialında “Milli qurtuluş – Heydər Əliyevin tarixi qayıdışı” mövzusunda tədbir keçirilib
13.06.2025 [20:36]
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Konstitusiya və Suverenlik ili” çərçivəsində Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının 32-ci ildönümünə həsr olunmuş “Milli qurtuluş – Heydər Əliyevin tarixi qayıdışı” mövzusunda tədbir keçirilib.
Tədbir zamanı ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Çarxda Ulu Öndərin dövlətçilik ideyaları, xalqına bağlılığı və Azərbaycana bəxş etdiyi dəyərlər əhatəli şəkildə əks etdirilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, dövlətçiliyin ciddi təhdidlərə məruz qalması, vətəndaş qarşıdurması təhlükəsi ölkəni uçuruma sürükləyirdi. “Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev həmin böhrandan çıxış yolunu göstərdi, dövlətçiliyimizi, müstəqilliyimizi və milli birliyimizi xilas etdi”, – deyə filial direktoru bildirib.
Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı “Milli qurtuluş – dövlətçiliyimizin təməl daşı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 1993-cü ilin 15 iyun tarixinin Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olduğu vurğulanıb, Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik və inkişafın təməlinin qoyulduğu qeyd olunub.
Tədbirdə Sosial və xüsusi fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mikayılov Şasəddin “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda çıxış edərək, Ulu Öndərin formalaşdırdığı milli ideologiyanın bu gün də Azərbaycan cəmiyyətinin birləşdirici ideya bazası olduğunu diqqətə çatdırıb.
İbtidai sinif müəllimliyi ixtisasının ikinci tədris ili tələbəsi Musayeva Pərvanə tədbirdə Fikrət Qocanın “Vətən oğlu” şeirini səsləndirib. Gənc nəslin Ulu Öndərə olan ehtiram və minnətdarlığını ifadə edən bu bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbir diskussiya ilə davam etdirildi. Çıxış edən dosent Mayıl Alıcanov və baş müəllim Kamal Balakişiyev qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycan Respublikası bu müdrik strategiyanın bəhrəsi olaraq regionda və dünyada güclü dövlət kimi tanınır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55

