Mixail Qusman: Mən də valideynlərim kimi Vətənim Azərbaycanı çox sevirəm
26.04.2016 [09:06]
Görkəmli alim və pedaqoq Lola Barsukun 100 illik yubileyinə həsr edilən elmi-praktik konfransda onun Azərbaycan elminə və ictimai həyatına verdiyi böyük töhfələrdən bəhs olunub
Aprelin 25-də Azərbaycan Dillər Universitetində Təhsil Nazirliyinin dəstəyi ilə görkəmli alim, tanınmış pedaqoq, professor Lola Barsukun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Lola Barsukun oğlu Mixail Qusman, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, elm və ictimaiyyət nümayəndələri, tələbələr iştirak ediblər.
Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov ixtisaslı kadrların hazırlanmasında, elmin inkişafında Lola Barsukun böyük əmək sərf etdiyini xatırladıb. L.Barsukun bilinqvizm sahəsi üzrə tədqiqatlar apardığı, universitetin elmi potensialını artırmaq üçün mütəxəssislər cəlb etdiyi, onlarla elmi və pedaqoji kadrlar hazırladığı diqqətə çatdırılıb.
ADU-nun linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, dosent Əmralı Şirəliyev, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Günay Şirəliyeva L.Barsukun Azərbaycanda pedaqoji kadr hazırlığında rolundan, pedaqoji və ictimai fəaliyyətindən danışıblar. Qeyd edilib ki, xarici dillərin tədrisi metodikası kafedrasının yaradılması onun adı ilə bağlıdır. Alim öz fəaliyyətində pedaqogika ilə yanaşı, xarici dillərin tədrisi sahəsində dilçilik və psixologiya elmlərinin tətbiqinə də xüsusi fikir verirdi. L.Barsuk nəinki Azərbaycanda, həmçinin keçmiş sovet ittifaqında tanınmış alim olub. O, Xarici Dillər İnstitutunda (hazırda Azərbaycan Dillər Universiteti) ingilis dili müəllimi, xarici dillər kafedrasının müdiri, 17 il bu ali təhsil ocağının prorektoru vəzifələrində çalışıb. Azərbaycanda bilinqvizm sahəsində elmlər doktoru dissertasiyası müdafiə edən ilk tədqiqatçılardandır. Çıxışlarda L.Barsukun elmi və pedaqoji irsinin daha geniş öyrənilməsinə ehtiyac olduğu vurğulanıb.
Bu gün universitetin tarixində böyük səhifə açmış bir alimin yubileyinin qeyd olunduğunu deyən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belə tədbirlərin geniş dünyagörüşlü gənc nəslin yetişdirilməsində mühüm rol oynadığını bildirib. “Mən Lola Barsukun oğulları Yuli və Mixail Qusmanlarla uzun illərdir dostluq edirəm. Onlar çox vətənpərvər insanlardır, daim Azərbaycanın yanındadırlar və həmişə Bakıda doğulduqlarına görə fəxr etdiklərini vurğulayırlar. Bütün bunlar onların ailəsindən qaynaqlanır”, - deyə səfir vurğulayıb.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov L.Barsukun Azərbaycanda elmin inkişafında mühüm rol oynadığını, hazırda gənc kadrların yetişdirilməsində istifadə edilən onlarla elmi-pedaqoji əsərlərin müəllifi olduğunu söyləyib. İndi bu ailə ənənəsinin Yuli və Mixail Qusmanlar tərəfindən davam etdirildiyini bildirən A.Aslanov deyib: “Bu ziyalı ailə Azərbaycanın elmi və ictimai həyatına böyük töhfələr verib. Mixail Qusman görkəmli jurnalist, dünyanın nəhəng media strukturlarından biri olan TASS agentliyinin baş direktorunun birinci müavini kimi öz doğma Vətəni Azərbaycana daim dəstəyini nümayiş etdirir. O, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının baş katibi, Dünya Xəbər Agentlikləri Konqresinin Büro üzvüdür. Mixail Qusman dünyanın bir çox dövlət və hökumət rəhbərləri ilə müsahibələrin müəllifidir”.
A.Aslanov Qusmanlar ailəsi ilə bağlı fotoalbomu Mixail Qusmana təqdim edib.
Sonra çıxış edən Mixail Qusman konfransın təşkilinə görə Təhsil Nazirliyinə və ADU-nun rəhbərliyinə minnətdarlığını ifadə edib. “Sonuncu dəfə bu zalda anamı son mənzilə yola salanda olmuşam. İndi burada onun 100 illik yubiley tədbirində iştirak edirəm. Burada çıxış edən hər kəsə xatirələrinə və fikirlərinə görə dərin təşəkkürümü bildirirəm. Valideynlərim Azərbaycanı çox seviblər və vətənpərvər olublar. Mən də onların övladları kimi Vətənimi çox sevirəm. Xoşbəxtəm ki, bu ölkədə anadan olmuşam. Azərbaycanda həmişə hər bir millətin nümayəndəsi rahat yaşayıb. Mənim oğlum da ABŞ vətəndaşlığı seçmək şansı olduğu halda, Azərbaycan vətəndaşlığını seçib”, - deyə M.Qusman qeyd edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov nazir Mikayıl Cabbarovun salamlarını tədbir iştirakçılarına çatdıraraq deyib: “Lola Barsuk kimi alimlərin elmi irsini və ənənələrini qoruyub saxlamaqla Azərbaycanda təhsilin səviyyəsini qaldıra bilərik. Görkəmli pedaqoq olan Lola Barsukun müəllimlik ənənələri hər bir müasir kadr üçün böyük məktəbdir. Onun müəllifi olduğu elmi əsərlər və dərsliklər indi də pedaqogika sahəsində istifadə olunur”.
Tədbirdə görkəmli alimin tələbələri onunla bağlı xatirələrini bölüşüb, xeyirxah əməlləri ilə insanların talelərində böyük dönüş yarada bilən müəllim kimi yadda qaldığını qeyd ediblər.
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50

