Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib YENİLƏNİB
13.07.2024 [14:01]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bu tədbirdə iştirak edəcəyini bir daha vurğulayan Helqa Maria Şmid COP29 çərçivəsində ölkəmizlə ATƏT arasında yaxından əməkdaşlığın həyata keçirildiyini dedi.
Dövlətimizin başçısı Azərbaycanın COP29-la bağlı çoxsaylı tədbirlər keçirəcəyini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının əvvəlki sədri və hazırda bu təsisatın “Troyka”sında olan, həmçinin Avropa İttifaqı ilə yaxın əlaqələrə malik ölkə kimi müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı.
Dövlətimizin başçısı ölkəmizin yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışdı. Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu dedi və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirdi.
Görüşdə regional bağlantılar məsələsi müzakirə olundu.
Xəzər dənizi və Qara dəniz yaşıl dəhliz layihəsinin əhəmiyyətinə toxunan Helqa Maria Şmid ATƏT-in gündəliyində yaşıl limanlar layihəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı və ölkəmizə səfəri çərçivəsində Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olacağını bildirdi.
Qonaq regional ətraf mühit monitorinq mərkəzinin yaradıldığını dedi və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxundu. Bütövlükdə ATƏT-in gündəliyində iqtisadiyyat və ətraf mühit məsələlərinin önəm kəsb etdiyini və bu layihələrin etimad quruculuğuna töhfə verdiyini vurğuladı.
Söhbət zamanı regional sülh gündəliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğuladı və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyi qeyd etdi.
Helqa Maria Şmid humanitar minatəmizləmə fəaliyyətlərinə toxundu.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndiyini deyərək, 370-ə yaxın insidentin baş verdiyini, çoxlu sayda insanın mina partlayışları nəticəsində həlak olduğunu və yaralandığını vurğuladı.
Görüşdə ATƏT-in gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıldı.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

