Prezidentin haqlı tələbi...
11.04.2025 [10:24]
Avropa Azərbaycanın etibarlı enerji təchizatçısı və sadiq tərəfdaş olmasının məsuliyyətini anlamalıdır
Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev dünyada baş verən müasir siyasi və iqtisadi reallıqlara düzgün və obyektiv qiymət verməklə əsil mənzərəni bir daha göz önünə gətirdi. Dövlət başçısının yerləşdiyimiz regionun və ətraf bölgələrin gələcək inkişafı ilə bağlı uzaqgörən strateji baxışları, habelə qlobal təhlükəsizliklə bağlı optimist düşüncələri maraq doğuran hadisə kimi qarşılanmaqdadır.
Dövlət başçısı Azərbaycanın regionda və qlobal miqyasda etibarlı enerji ölkəsi kimi durmadan nüfuzunun artdığını, xüsusən də qaz sahəsində yeni tərəfdaşların enerji ailəsinə daxil olduğunu xatırladaraq bildirdi ki, Azərbaycan Cənub Qaz Dəhlizi ailəsinin ən məsuliyyətli və etibarlı üzvü kimi təchizat coğrafiyasını genişləndirməklə Avropada yaranmış enerji sıxıntısını aradan qaldırıb. Respublikamız öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşaraq ona uzanan ümidləri yaxın dost kimi müsbət həll edir. Bu gün Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, bunlardan 10-u Avropa dövlətidir. Bu, yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamızdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi naminə
Azərbaycan enerji sektorlarına böyükhəcmli sərmayələr yatırır, nəql infrastrukturlarını müasirləşdirir, yeni innektorların tikintisi üçün xaricdən maliyyə cəlb edir. Enerji istehsalının artması birbaşa Aİ ölkələrinin enerji təhlükəsizliyini möhkəmləndirir, yeni nəql və tədarük tələbləri meydana çıxır ki, bunlar da öz növbəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsini aktuallaşdırır. Ancaq Avropa sərmayələr məsələsində xəsislik və ya laqeydlik göstərir. Dövlət başçısının çıxışında diqqətçəkən məqamlardan biri məhz bu məsələ ilə bağlı oldu. “Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə məndən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Beləliklə, həmin qaz nə vaxt və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir”.
Göründüyü kimi, Azərbaycan heç vaxt enerji amilindən siyasi maraqları üçün istifadə etmir, əksinə, tərəfdaşlıq etdiyi ölkələrə güzəştlər edir, qazın fantastik qiymətlərinin qeydə alındığı vaxtlarda orta və sabit qiymət siyasətinə əsaslanmaqla, Avropa və digər region dövlətlərinə nə qədər səmimi olduğunu isbatlayıb. Eyni zamanda, Avropa İttifaqını gələcəkdə enerji sıxıntılarından xilas etmək üçün liderlik edərək bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanı da Cənub Qaz Dəhlizinə qoşmağa çalışır. Xəzər mənbəyindən Avropaya daha böyük həcmlərdə qaz nəql etməyə, Mərkəzi Asiya-Xəzər regionunda çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmağa çalışır. Ancaq qarşı tərəf bu cür etimad və etibarın müqabilində öz maraqlarını üstün tutaraq bəzi hallarda öhdəliklərini və məsuliyyətini unudur.
Azərbaycan türk dövlətlərini də Avropanın enerji təhlükəsizliyinə cəlb edir
Azərbaycan Prezidenti bu haqlı tələbi ilə Avropa İttifaqının uzunmüddətli müqavilələrin icrası fonunda şərtlərə əməletmə məsuliyyətini dərk etməyə çağırdı, yeni investisiyaları Avropa banklarının təmin etməli olduğunu anlatdı. Eyni zamanda, iqtisadi-siyasi manipulyasiyaların yolverilməzliyinə diqqət çəkərək vacib mesajlar verdi. Bu fikirlər həm də ona dəlalət edir ki, Azərbaycan məsuliyyətli və öhdəliklərinə sadiq və sabit ölkədir, qarşı tərəf də eyni davranış və məsuliyyətlə addımlar atmalıdır. Necə ki, Azərbaycan enerjinin şaxələnməsində iradə və qətiyyət nümayiş etdirərək Avropanın enerji təhlükəsizliyi problemini həll edir, Aİ də mövcud situasiyalara uyğun olaraq, qəti addılmlar atmalıdır. Eləcə də, “yaşıl enerji”yə böyük sərmayələrin yatırılmasına baxmayaraq, elektrik enerjisi çatışmazlığından əziyyət çəkən Avropa İttifaqı və Avropa Komissiyası iqtisadi mənfəətləri üçün canfəşanlıq etdikləri kimi, digər məsələlərdə də realist olmalıdır. Azərbaycan kimi dayanıqlı və etibarlı təchizatçını, tərəfdaşı layiqli dəyərləndirməlidir, Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməməlidir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31

