Dünyanın investisiya-maliyyə gündəliyində Azərbaycanın yeri möhkəmlənir
26.09.2025 [11:49]
Prezidentin Nyu-York görüşləri ölkəmizin iqtisadi nüfuzunu, etibarlı tərəfdaş olmasını nümayiş etdirir
ABŞ-da səfərdə olan Prezident İlham Əliyevin Nyu-Yorkda dünyanın nüfuzlu investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə keçirdiyi mühüm görüşlər Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi iqtisadi nüfuzunu, beynəlxalq arenada etibarlı tərəfdaş olmasını nümayiş etdirməkdədir. Biznes elitası ilə açıq və səmimi dialoq ruhunda keçirilən səmərəli görüşlərdə ciddi qlobal proseslərin müzakirəsi bir daha onu təsdiqləyir ki, Azərbaycan regional aktor kimi ümumdünya iqtisadi coğrafiyasında faydalı tərəfdaşdır, iri investorlar enerji, nəqliyyat və logistika sahələrində yenilikləri ölkəmizlə məsləhətləşməyə önəm verirlər.
ABŞ-la münasibətlərin inkişafında yeni mərhələ
Prezident İlham Əliyevin Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüşündə ikitərəfli siyasi-iqtisadi, ticari-investisiya əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, Azərbaycanla ABŞ arasında münasibətlər strateji tərəfdaşlıq müstəvisinə qalxmaqla, hazırda iqtisadi-ticari əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanlar yaradır. Tərəflər Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında imzalanmış Anlaşma Memorandumundan irəli gələn enerji, bağlantılar, süni intellekt və digər sahələrdə əməkdaşlığı artırmaq üçün konkret ssenarilər hazırlayır ki, bu da dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə çatdıracaq.
K. Çoksi Azərbaycanın və ABŞ-ın biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyinə toxunaraq iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyini xatırladıb.
“Ares Management”in ölkəmizlə bağlı yeni investisiya planları
Prezident İlham Əliyevin “Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşü zamanı Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi məsələləri diqqət mərkəzində olub. Bildirilib ki, “Ares Management” şirkəti ilə qurulmuş uğurlu tərəfdaşlıq sayəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya idarəetməsində ən qabaqcıl modelləri yaradıb. Maykl Aruqeti qeyd edib ki, Azərbaycanın davamlı inkişaf siyasəti və ölkəmizdə institusional investorlara yaradılmış əlverişli mühit şirkətin yeni layihələrə sərmayə yatırmaq imkanlarını artırır. O, rəhbərlik etdiyi şirkətin xüsusilə yaşıl enerji, logistika və sosial infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu və investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı qərarların veriləcəyini bildirib.
Qeyd edək ki, “Ares Management” kredit, daşınmaz əmlak, özəl səhm və infrastruktur sahələrində fəaliyyət göstərir. Maykl Aruqeti və tərəfdaşlarının 1997-ci ildə təsis etdiyi şirkət hazırda 600 milyard ABŞ dollarına yaxın aktivləri idarə edir. “Ares Management” portfelindəki anbar və logistika investisiya aktivlərinin toplam sahəsinə görə dünyanın ən böyük üç şirkətindən biridir. Şirkətlə Azərbaycan arasında müasir tərəfdaşlıq imkanlarının genişlənməsi nəqliyyat, infrastruktur, logistika, alternativ enerji və digər sahələrdə investisiya təşəbbüslərini reallaşdırmaqla ölkəmizin iqtisadi hədəflərinə töhfə verəcək.
“Franklin Templeton” şirkəti uğurlu təcrübəsini Azərbaycanda tətbiq edəcək
Prezident İlham Əliyevin Nyu-Yorkda dünyanın müraciəti əsasında iri və nüfuzlu qlobal investisiya şirkətləri ilə növbəti görüşləri keçirilib. Qlobal menecerlərdən biri olan “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşdə dünya investisiya mühiti, inkişaf etməkdə olan ölkələrin kapital bazarlarına çıxış imkanları və beynəlxalq tərəfdaşlıqların iqtisadi transformasiyada rolu ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanla şirkət arasında həmin sahələr üzrə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.
Cenni Conson ölkəmizin son illərdə həyata keçirdiyi iqtisadi layihələrin və inkişaf istiqamətində gördüyü tədbirlərin beynəlxalq kapital üçün mühüm imkanlar yaratdığını bildirərək Azərbaycanda investorlar üçün formalaşmış sabit və əlverişli mühiti yüksək qiymətləndirib. Əlverişli biznes mühitinin “Franklin Templeton”un ölkəmizdə uzunmüddətli tərəfdaşlığına möhkəm zəmin yaratdığını xatırladıb. Cənab Concon birgə əməkdaşlığın kapital bazarları, infrastruktur, daşınmaz əmlak və bərpaolunan enerji sahələrində çoxillik və uğurlu təcrübəsinin Azərbaycanın iqtisadi və maliyyə, həmçinin yaşıl gündəliyinin icrasına töhfə verə biləcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə sıx əməkdaşlığına toxunaraq, mövcud tərəfdaşlığın ölkəmizin kapital bazarlarının dərinləşdirilməsi, regionun investisiya potensialının gücləndirilməsi və dayanıqlı inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edək ki, 1947-ci ildə ABŞ-da təsis edilən “Franklin Templeton” hazırda təxminən 1,6 trilyon dollar həcmində aktivləri idarə edir. Şirkətin 30-dan çox ölkədə 70-ə yaxın ofisi var və 170-dən çox ölkədə 1000-dən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edir.
“Global Infrastructure Partners”in qlobal investisiyaları
Prezident İlham Əliyevin qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşü də faydalı müzakirələr şəraitində olub. Tərəflər infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanlarını yüksək qiymətləndirib. Bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsinə verdiyi töhfələrə diqqət çəkilib. 2024-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında qurulan uğurlu tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. İtaliyanın aparıcı sürətli dəmir yolu operatoru “Italo”ya yatırılan birgə sərmayə səmərəli əməkdaşlığın nümunəsi kimi dəyərləndirilib.
Adebayo Oqunlesi Azərbaycanın strateji coğrafi mövqeyinin və dayanıqlı inkişaf prioritetlərinin infrastruktur sahəsində uzunmüddətli investisiyalar üçün mühüm imkanlar yaratdığını vurğulayaraq nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib. Həmçinin hava limanlarının idarə olunması, enerji keçidi və süni intellekt infrastrukturu kimi sahələrdə gələcək əməkdaşlığın təmin ediləcəyi xatırladılıb.
Qeyd edək ki, “Global Infrastructure Partners” şirkəti 2006-cı ildə ABŞ-da təsis edilib. Hazırda təxminən 170 milyard ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətin Nyu-York, London, Sinqapur, Sidney və digər qlobal maliyyə mərkəzlərində ofisləri fəaliyyət göstərir. “Global Infrastructure Partners”in nəzarət etdiyi bərpaolunan enerji sahəsindəki kompaniya ABŞ-da bu sahədə aparıcı şirkətlərdən biridir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

