İkinci görüş
02.04.2026 [11:35]
TDT hökumət başçıları Bakıda...
“Türk əsri” adlandırılan XXI əsr türkdilli dövlətlərin həyatında olduqca müstəsna yer tuta bilər. 2020-ci ildə Azərbaycanın Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası qurması, yeni reallıqlar formalaşdırması və nəticə etibarı ilə bölgəni qurulan yeni iqtisadi nizamın mərkəzinə inteqrasiya etməsi, ümumilikdə, Türk dövlətlərinə yeni inkişaf mərhələsi vəd edir. Bakı Şərq-Qərb kontinental logistikasını məhz Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə üzərindən keçirməklə bu yeni struktura yön verib.
Bakının Türk dövlətlərinin qarşılıqlı inteqrasiyasının güclənməsində oynadığı rol yalnız iqtisadi-ticari kontentlə məhdudlaşmır. Azərbaycan daim türkdilli dövlətlərin qarşılıqlı əlaqələrinin güclənməsinə, hətta bir çox başqa sferalarda - məsələn, hərbi təhlükəsizlik, siyasi dəstək, humanitar əlaqələndirmə kimi məsələlərdə də yaxınlaşmasına töhfə verir. Bakı illərdir ki, Türk Dövlətləri Təşkilatının ayrı-ayrı strukturlarının toplantısının keçirildiyi, müzakirələrin aparıldığı ünvan kimi şöhrət qazanıb. Bakıda, Şuşada, Qəbələdə keçirilən Zirvə görüşləri quruma daxil olan ölkələrin iqtisadi potensialının inkişafı ilə bağlı yeni perspektivlər yaradır, əməkdaşlığın inkişafına müsbət təsir göstərir.
İqtisadi prioritetlər...
Yeri gəlmişkən, ölkəmiz növbəti dəfə TDT-nin mühüm toplantılarından birinə ev sahibliyi edir. Belə ki, 1-2 aprel tarixlərində Bakıda TDT üzv dövlətlərin baş nazirlərinin ikinci görüşü keçirilir. Tədbirdən öncə mətbuata açıqlamasında Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbek Ömüraliyev iclasda iqtisadi və nəqliyyat logistika məsələlərinin müzakirə olunacağı ilə bağlı fikirlərini bölüşmüşdü.
Qeyd edək ki, üzv dövlətlər arasında nəqliyyat əməkdaşlığının inkişafı hər zaman Türk Dövlətləri Təşkilatının əsas prioritetlərindən biri olub. Azərbaycanın səyi və təşəbbüsü ilə ərsəyə gələn, təhlükəsizliyi təmin olunan Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi (Orta Dəhliz) boyunca nəqliyyat əlaqələri günü-gündən güclənir. Bu istiqamətdə əlaqələndirmənin mexanizmləri isə “Türk Dünyası 2040 Baxışı” və “TDT-nin 2022-2026 Strategiyası” adlı əsas strateji sənədlərə uyğun olaraq tənzimlənir. 2013-cü ildə “Qardaş Limanlar Əlaqəsi və Əməkdaşlıq Memorandumu”nun imzalanması ilə başlayan Qardaş Limanlar prosesi, TDT üzv dövlətlər arasında dəniz və quru limanlarının əməkdaşlığının gücləndirilməsini hədəfləyib. Başlanğıcda Bakı (Azərbaycan), Samsun (Türkiyə) və Aktau (Qazaxıstan) limanlarını əhatə edən təşəbbüs, 2019-cu ildə Qazaxıstanın Kuryk Limanını da daxil etməklə genişləndi. 2021-ci ildə Türkiyənin Mersin Limanı və Özbəkistanın quru limanları - Universal Logistics Services, Akhtachi və Termez Cargo Center - prosesə qoşuldular. Bu təşəbbüs texniki mübadilələrin aparılmasını, bilik paylaşımını və bölgədə limanlararası əməkdaşlığın inkişafı üçün birgə layihələrin hazırlanmasını təşviq edir. Təşkilatın üzv dövlətləri arasında qarşılıqlı dəstək və koordinasiyanı gücləndirmək məqsədini daşıyır.
2024-cü ildə TDT-nin himayəsi altında yaradılan Logistika mərkəzləri və Yükdaşıyıcılar Alyansı türk ölkələri arasında logistika mərkəzlərini, daşıyıcıları, terminalları və limanları birləşdirməyi məqsəd qoyub. Məqsədlər arasında nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, əməkdaşlığın gücləndirilməsi və innovativ, səmərəli yükdaşıma həlləri üçün dövlət-özəl tərəfdaşlıqların təşviqi yer alır.
Yeni dövrün inteqrasiya imkanları...
Vurğulandığı kimi, nəqliyyat-logistika istiqaməti TDT-nin qlobal təsir sisteminin ən strateji dayaqlarından biridir. Orta Dəhliz artıq Avrasiyanın ən dinamik ticarət arteriyasına çevrilib. Çin-Avropa yükdaşımalarının böyük hissəsi bu marşrut üzərindən həyata keçirilir. Azərbaycanın təşəbbüsü ilə bu dəhlizin infrastruktur əsasları formalaşdırılıb: Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Ələt azad iqtisadi zonası, Zəngəzur dəhlizi (TRIPP) və yeni əməkdaşlıq pesrpektivləri TDT-nin iqtisadi xəritəsini tamamilə dəyişib. Zəngəzur dəhlizinin (TRIPP) açılması yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün türk dünyası üçün tarixi geoiqtisadi hadisə olacaq. Bu, həm Asiya ilə Avropa arasında fasiləsiz quru əlaqəsini təmin edir, həm də TDT-ni bütün Avrasiyanın logistika mərkəzinə çevirir. TDT dövlətləri bu dəhlizlər vasitəsilə həm enerji, həm ticarət, həm də təhlükəsizlik baxımından bir-birinə sıx inteqrasiya olunmuş sistem formalaşdırır.
Paralel olaraq iqtisadi əməkdaşlıq siyasi münasibətlərin sabitləşməsi üçün də ən güclü mexanizmlərdəndir: Zəngəzur dəhlizi (TRİPP) məhz bu baxımdan da böyük önəm daşıyır. Bu layihə qütblərarası siyasi dialoqun intensivləşməsi, qarşılıqlı etimadın artması və münaqişə risklərinin azalması üçün vacibdir. Bu baxımdan Zəngəzur dəhlizi (TRİPP) həm Qafqazda və Mərkəzi Asiyada geosiyasi balansın yenilənməsi, həm illərdir ki, rəqabətə çevrilmiş qitələrarası münasibətlərin işgüzar modelinin formalaşdırılması, həm də yeni əməkdaşlıq mühitinin yaradılması üçün mühüm alət sayılır.
Mövcud geosiyasi risklər fonunda...
Görüşün keçirilmə dövrünü diqqətə alsaq, iqtisadi münasibətlər sisteminin hazırkI siyasi vəziyyətlə əlaqəsinə də toxunulması təbii sayılmalıdır. Yaxın Şərqdə davam edən münaqişənin TDT coğrafiyasına da siraət etməməsi mümkün deyil. Bu mənada, keçirilən toplantı xüsusi anlam daşıyır. Təsadüfi deyil ki, münaqişə başlanan vaxtdan indiyə qədər TDT-nin fərqli formatda bir neçə görüşü baş tutub - məsələn, martın əvvəlində İstanbulda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü keçirilib. Ardından isə TDT üzv ölkələrin dövlət başçılarının köməkçiləri də Macarıstanın paytaxtı Budapeştdə görüşüblər. Görüşdə təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndələri iştirak edib. Müzakirələr zamanı təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, nəqliyyat və logistika layihələrinin genişləndirilməsi, eləcə də regional və qlobal çağırışlar fonunda koordinasiyanın artırılması əsas prioritetlər kimi önə çıxıb. Artan qeyri-müəyyənlik və geosiyasi risklər iqtisadi güc mərkəzlərini daha dayanıqlı və təhlükəsiz nəqliyyat marşrutları axtarmağa vadar edir - bu kontekstdə isə Şərq-Qərb istiqamətində yüklərin fasiləsiz və təhlükəsiz daşınmasını təmin edən Orta dəhliz, Zəngəzur dəhlizi (TRİPP) ön plana çıxır. Çünki bu dəhliz Çin ilə Avropa arasında ən qısa və effektiv marşrutlardan biri kimi diqqət çəkir. Bu dəhliz Qazaxıstan, Azərbaycan və Türkiyə üzərindən keçərək Xəzər dənizi vasitəsilə yüklərin daşınmasını mümkün edir. Xüsusilə Xəzər dənizi üzərindən qurulan logistika xətləri bu marşrutun əsas sütunlarından biridir. Mövcud risklər fonunda bu xəttin inkişafı təkcə iqtisadi deyil, həm də strateji təhlükəsizlik məsələsinə çevrilir.
Region ölkələri üçün Zəngəzur dəhlizinin (TRİPP) cəlbediciliyi onun çevikliyində və alternativlik imkanında özünü göstərir. Ənənəvi marşrutlarla müqayisədə bu yol daha az siyasi risklərə məruz qalır və ticarət axınlarının şaxələndirilməsinə şərait yaradır. Bu isə xüsusilə qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər fonunda böyük əhəmiyyət kəsb edir.
Məhz bu reallıqlar fonunda Bakı şəhərində keçirilən baş nazirlərin görüşü xüsusi diqqət çəkir. Görüş çərçivəsində tərəflər dəhlizlərin inkişafı, Xəzər üzərindən daşımaların artırılması və infrastruktur layihələrinin koordinasiyası məsələlərini müzakirə edirlər. Bu, yalnız iqtisadi əməkdaşlıq deyil, eyni zamanda regionun nəqliyyat təhlükəsizliyinin təmin olunmasına yönəlmiş bir addım kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə, Bakı müzakirələri TDT ölkələri üçün həm iqtisadi inteqrasiyanı dərinləşdirir, həm də geosiyasi risklərə qarşı kollektiv hazırlıq mexanizmi formalaşdırır. Bu baxımdan, Bakı görüşü regional əməkdaşlığın yeni mərhələyə keçidinin göstəricisi kimi çıxış edir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
03 Aprel 14:37
Dünya
03 Aprel 14:34
Sosial
03 Aprel 14:14
Dünya
03 Aprel 14:10
YAP xəbərləri
03 Aprel 14:05
YAP xəbərləri
03 Aprel 14:03
Siyasət
03 Aprel 14:00
Dünya
03 Aprel 13:52
Dünya
03 Aprel 13:21
İdman
03 Aprel 13:21
Sosial
03 Aprel 13:20
İqtisadiyyat
03 Aprel 13:19
Dünya
03 Aprel 12:45
Hadisə
03 Aprel 12:19
Siyasət
03 Aprel 12:03
YAP xəbərləri
03 Aprel 12:00
Gündəm
03 Aprel 11:36
İqtisadiyyat
03 Aprel 11:31
Gündəm
03 Aprel 11:30
Gündəm
03 Aprel 11:14
Gündəm
03 Aprel 10:58
Gündəm
03 Aprel 10:35
Analitik
03 Aprel 10:12
Gündəm
03 Aprel 09:51
Analitik
03 Aprel 09:32
Gündəm
03 Aprel 09:15
Elm
03 Aprel 08:52
MEDİA
03 Aprel 08:30
Gündəm
03 Aprel 08:14
Dünya
03 Aprel 07:32
Dünya
03 Aprel 07:22
Hərbi
03 Aprel 07:20
Dünya
02 Aprel 23:48
Dünya
02 Aprel 23:32
Dünya
02 Aprel 23:17
Dünya
02 Aprel 22:49
Dünya
02 Aprel 22:25
Dünya
02 Aprel 22:12
Dünya
02 Aprel 21:58
Dünya
02 Aprel 21:20
Gündəm
02 Aprel 21:00
Dünya
02 Aprel 20:41
İqtisadiyyat
02 Aprel 20:38
Dünya
02 Aprel 20:13
Dünya
02 Aprel 19:50
Elm
02 Aprel 19:49
Dünya
02 Aprel 19:33
İqtisadiyyat
02 Aprel 19:22
Siyasət
02 Aprel 19:19
Dünya
02 Aprel 18:29
Dünya
02 Aprel 18:27
Siyasət
02 Aprel 18:27
Siyasət
02 Aprel 18:26
YAP xəbərləri
02 Aprel 18:24
Sosial
02 Aprel 17:19
YAP xəbərləri
02 Aprel 17:15
YAP xəbərləri
02 Aprel 17:14
Dünya
02 Aprel 16:49
Sosial
02 Aprel 16:35
Sosial
02 Aprel 15:53
Dünya
02 Aprel 15:29
YAP xəbərləri
02 Aprel 15:13
YAP xəbərləri
02 Aprel 15:09
Siyasət
02 Aprel 15:08
Siyasət
02 Aprel 15:07
Siyasət
02 Aprel 15:07
Siyasət
02 Aprel 14:54
Elm
02 Aprel 14:49
Siyasət
02 Aprel 14:49
Gündəm
02 Aprel 14:33

