Azərbaycan xalqı şəhər yaradan xalqdır
20.05.2026 [12:19]
Ölkəmizin unikal şəhərsalma təcrübəsi dünyaya nümunədir
Azərbaycan paytaxtının ev sahibliyi ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) beynəlxalq səviyyədə böyük maraq var ki, bu da təsadüfi deyil. Respublikamız unikal şəhərsalma təcrübəsinə malikdir. Ölkəmiz coğrafi baxımdan Şərqlə Qərb arasında körpü rolunu oynadığı kimi, bizim mədəniyyətimizdə, o cümlədən də şəhərsalma ənənələrimizdə də fərqliliklərin uğurlu sintezini izləmək mümkündür. Prezident İlham Əliyev WUF13-ün açılış mərasimindəki çıxışında Azərbaycanın şəhərsalma vizionunun mühüm məqamlarına diqqət çəkib.
Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu təhlükəsiz məkana çevrilib
Bu gün dünyanın mənzərəsi olduqca kədərlidir. Ayrı-ayrı regionlarda alovlanan müharibələr inkişafa, təhlükəsizliyə ciddi təhdidlər yaradır. Sabitliyə, davamlı inkişafa digər bir təhdid son illərdə aktuallığı heç vaxt olmadığı qədər artan iqlim dəyişmələrindən gəlir. Qlobal istiləmənin ağır fəsadları olan intensiv yağışlar, sel və daşqınlar insanların həyatını ağırlaşdırır, bir sıra hallarda onları evsiz-eşiksiz qoyur. Qlobal çağırışları isə yalnız birgə səylərlə dəf etmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsini hədəfləyən təşəbbüslər irəli sürüb. Azərbaycanın unikallığı həm də özünü onda göstərir ki, bu gün dünyada münaqişələr, müharibələr alovlandığı bir dövrdə respublikamız COP29, WUF13 kimi beynəlxalq tədbirləri uğurla təşkil etməklə qlobal məsələlərin müzakirə olunduğu təhlükəsiz bir platforma qismində çıxış edir.
Hazırda dünyanın ayrı-ayrı regionlarında şəhərsalma ilə bağlı bir sıra mühüm tədbirlər görülsə də, bu sahədə problemlər hədsiz dərəcədə çoxdur. BMT-nin Məskunlaşma Proqramının göstəricilərinə görə, dünya üzrə qlobal ev şəraitləri böhranı ilə üzləşən insanların sayı 2,9 milyarddır və onlar qeyri-rəsmi yaşayış yerlərində məskunlaşırlar. Bu reallıq fonunda beynəlxalq birliyin həmrəyliyi ən vacib şərtlərdən biridir. Məsuliyyətli dövlət olan Azərbaycan burada da özünün həssas yanaşmasını ortaya qoyur. WUF13 praktiki fəaliyyət, tərəfdaşlıq və investisiyalar vasitəsilə insanlar üçün mənzil iklüzivliyini təmin etmək, icranı sürətləndirmək üçün bir fürsətdir. “Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk”, - deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.
Şəhərsalma məsələləri daim diqqət mərkəzində saxlanılır
Ölkəmizdə şəhərsalma, mənzil inklüzivliyinin təmin edilməsi dövlətin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Bu strateji xəttə uyğun oaraq Azərbaycan Prezidenti və Birinci vitse-prezident şəhərsalma məsələlərini daim diqqətdə saxlayırlar. Ölkəmizdə dövlət başçısının sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu qətiyyətli siyasi iradəni təcəssüm etdirir. Həmçinin paytaxtda və regionlarda sosial evlər proqramının uğurla reallaşdırılması insanlar üçün mənzil əlçatanlığının armasında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq respublikamızda uzun illər işğal altında olmuş şəhərlərdə - Ağdamda, Zəngilanda və Xankəndidə 3 milli şəhərsalma forumu keçirilib. Həmin forumlarda şəhərsalma istiqamətində qazanılan uğurlar təqdim olunmaqla yanaşı, həm də yeni hədəflər müəyyənləşdirilib.
Azərbaycanın şəhərsalma sahəsində bugünkü dövlət siyasəti tarixdən gələn ənənələrə əsaslanır. Respublikamızda şəhərsalmanın qədim tarixi var. Prezident İlham Əliyevin bildirdiyi kimi, nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Dövlətimizin başçısı çıxışında böyük məmnunluq hissi ilə Azərbaycanın bir neçə tarixi şəhəri və zaman-zaman yaradılan memarlıq abidələri barədə qonaqlara məlumat verib. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var... “Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bugünədək saxlanılıb”, - deyə dövlətimizin başçısı bildirib.
Tarixi qorumaqla müasirləşmə
XlX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələsi başlayıb. Respublikamızda şəhərsalma konsepsiyası tarixi qorumaqla müasirləşmə prinsipinə əsaslanır. Bu siyasət indi daha geniş, məzmunlu və planlı formada həyata keçirilir. Bu gün biz paytaxt Bakının timsalında qədimliklə müasirliyin unikal vəhdətini görə bilərik. Tarixin daş möhürləri olan İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı keçmişdə də əcdadlarımızın memarlıq təxəyyüllərinin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, bu gün Azərbaycanın gur inkişafını təcəssüm etdirən müasir, əzəmətli Bakı formalaşır. Heydər Əliyev Mərkəzinin unikal memarlıq həllinə malik binası, Üç Alov qüllələri və digər tikililər paytaxtımızın yeni gözəllik rəmzlərinə çevrilib. Deyə bilərik hazırda Bakının simasında həm dünənimizi, həm də bu günümüzü görə bilərik. “... Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir”, - deyə Prezident İlham Əliyev bildirib.
Bu gün paytaxt Bakı və digər şəhərlərimiz ekoloji normalar ciddi şəkildə qorunmaqla inkişaf etdirilir. Son 20 il ərzində Bakıda 100 park və ictimai yer, bağlar yaradılıb. Azərbaycanın müasir şəhərsalma vizionunun bütün cəhətlərini vaxtilə neft tullantıları ilə çirklənmiş ərazidə salınan “Ağ şəhər”in timsalında aydın şəkildə görmək mümkündür. Bu, şəhər daxilində bir şəhərdir. Eyni zamanda, respublikamızda şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır. “Sea Breeze” konsepti yaşam və istirahəti bir arada cəmləşdirir.
İşğaldan azad olunmuş ərazilərdə qazanılan şəhərsalma təcrübəsi - Azərbaycan xalqı şəhər yaradan xalqdır
Azərbaycanın unikal şəhərsalmada nümunəsini həmçinin Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin timsalında izləyə bilərik. İşğal dövründə həmçinin şəhər və kəndlərə, tarixi mədəni-dini abidələrə qarşı soyqırımı siyasəti həyata keçirilib. Təsadüfi deyildir ki, beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi, bütünlüklə yerlə-yeksan edilmişdi. Digər yaşayış məntəqələrinin vəziyyəti də buna oxşar idi.
Azərbaycan xalqı isə yurd yerlərinə bağlı olan və şəhər yaradan xalqdır. Hazırda bəhs olunan ərazilərdə Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Müharibədən sonrakı beş il ərzində inşa olunmuş tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, 3 beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59

