Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib
08.07.2014 [12:35]
Prezident İlham Əliyev müşavirədə iştirak edib və nitq söyləyib
İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak edib.
Xarici işlər naziri Elmar Məmmədyarov müşavirəni açıb.
Dövlətimizin başçısı müşavirədə nitq söyləyib. Bu müşavirənin çox böyük əhəmiyyəti olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, müşavirə iki ildən bir keçirilir, xarici siyasətimizin müxtəlif aspektləri müzakirə edilir və yeni istiqamətlər müəyyənləşdirilir: “Bir sözlə, hesab edirəm ki, bu, çox uğurlu formatdır və bizə imkan verir ki, xarici siyasətimizi ardıcıl şəkildə aparaq”.
“Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək” – deyə, dövlətimizin başçısı qeyd edib ki, son illərdə həm siyasi, həm iqtisadi islahatların aparılması ölkəmizin çox böyük inkişafına səbəb olmuşdur. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilibdir. Azərbaycan özünü təmin edən ölkədir: “Yəni, bu daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik Şurasına seçilməyimiz idi. Bu, tarixi bir hadisə idi. Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatik və siyasi uğurumuzdur. Əslində, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti - 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir, bizə inanmışdır və bilirəm ki, bu inama görə peşman olmamışdır. Çünki biz bəyan etdiyimiz kimi, iki il ərzində BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etmişik. Bu gün də müdafiə edirik və hər zaman müdafiə edəcəyik”.
Xarici siyasətlə bağlı əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu söyləyən Prezident İlham Əliyev deyib ki, əfsuslar olsun ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş olmamışdır. Əlbəttə ki, müxtəlif bəyanatlar səslənmişdir, müxtəlif səylər göstərilmişdir. Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər etmişlər. Ancaq heç bir nəticə yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir: “Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmişdir. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik.
Son illər ərzində Ermənistanın bu mövqeyi imkan vermir ki, məsələ danışıqlar yolu ilə həllini tapsın. Əlbəttə ki, məsələnin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurmuşdur.
Yəni, bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqlarla hesablaşmalıyıq. Ona görə bizim ordu quruculuğu ilə bağlı ardıcıl siyasətimiz bu gün bir daha göstərir ki, nə qədər düzgün və nə qədər vaxtında atılan addımlar idi. Bu gün biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Sadəcə olaraq hesab edirik ki, hələ danışıqlar potensialı tükənməyib. Biz siyasi, iqtisadi, o cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışacağıq ki, məsələ dinc yolla həll edilsin. Ancaq həll edilsin. Bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər.
Hesab edirəm ki, son vaxtlar vasitəçilərin fəaliyyətində müşahidə edilən fəallıq bizim artan iqtisadi və hərbi gücümüzlə əlaqəli olan məsələdir. Çünki onlar da Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik. Bu gün güc amili, bir daha demək istəyirəm ki, həlledici rol oynayır. Biz daha da güclü olmalıyıq, oluruq. İqtisadi, siyasi və hərbi potensialımız kifayət qədər güclüdür və danışıqlarda bu amil müsbət rolunu oynayacaqdır”.
Daha sonra Prezident İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir: “Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.
Hesab edirəm ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq”.
Gələcəkdə xalqımızın bütün tarixi torpaqlara qayıdacağına əminliyini ifadə edən Prezident İlham Əliyev deyib: “Mən əminəm ki, o gün gələcəkdir. Çünki bu gün ölkəmizin siyasi çəkisi, iqtisadi potensialı və demoqrafik vəziyyətimiz belə deməyə əsas verir. Bizim əhalimiz artır, artacaq, Ermənistan əhalisi azalır və azalacaqdır. Bizim Ermənistanı müəyyən dərəcədə təcrid edilmiş vəziyyətdə saxlamağımız bax, bu məqsədi güdür. Biz onları bütün iqtisadi və enerji layihələrindən təcrid etmişik və buna görə tənqid olunmuşuq. Bu gün də tənqid olunuruq, siz də bunu yaxşı bilirsiniz. Ancaq biz öz məqsədimizə çatmalıyıq. Tənqid əsaslıdırsa, biz əlbəttə ki, bu tənqidi qəbul edə bilərik. Ancaq əsassız tənqidi biz heç vaxt nəzərə ala bilmərik. Ona görə Ermənistan bundan sonra da təcrid edilmiş vəziyyətdə qalacaqdır. Belə olan halda çox kiçik daxili bazarı və ixrac imkanları sıfıra bərabər olduğu üçün əlbəttə ki, Ermənistanın inkişaf potensialı yoxdur. Bunun səbəbidir ki, ildən-ilə oradan miqrasiya artır və onların rəsmi statistikasına görə bu ilin birinci rübündə 40 min erməni ölkəni tərk edib. Amma real rəqəmlər ondan da böyükdür. Bu, il ərzində 100 mini keçəcəkdir. Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanı ayaqda saxlayan ancaq xarici yardımdır, diaspordur və bəzi ölkələrin Ermənistana xüsusi münasibətidir. Bunu da siz yaxşı bilirsiniz ki, burada bu amil də öz rolunu oynayır.
Ancaq dünyada gedən proseslərin inkişafı onu göstərir ki, biz hər il, hər ay öz məqsədimizə yaxınlaşırıq və məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada, Xankəndidə qaldırmaqdır. Budur bizim əsas vəzifəmiz və bu məqsədə çatmaq üçün nəinki diplomatlar, bütün cəmiyyət öz səylərini birləşdirməlidir, birləşdiribdir. Bu, bizim milli məsələmizdir. Azərbaycanda bundan vacib məsələ yoxdur və bu məqsədə çatmaq üçün biz hər gün çalışırıq və çalışacağıq”.
Daha sonra Prezident İlham Əliyev ölkəmizin çoxşaxəli beynəlxalq əlaqələri və Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər haqqında geniş və əhatəli məlumat verib.
“Bizim artan iqtisadi imkanlarımız əlbəttə ki, xarici siyasətə də müsbət təsir göstərir” - deyən dövlətimizin başçısı əlavə edib ki, bu gün xaricdə investisiyalara çox böyük ehtiyac vardır: “Siz də yaxşı bilirsiniz ki, bəzi Avropa ölkələrinin böhrandan çıxmaq üçün əsas siyasət istiqamətləri investisiyaları çoxaltmaqdır. Amma nəyin hesabına? Əgər daxili resurs yoxdursa, nəyin hesabına investisiyaları yönəltmək mümkündür? Ancaq xarici investisiyaların hesabına. Xarici investorların əksəriyyəti, - hər halda bizim təcrübəmiz onu göstərir, - Qərb ölkələridir. Orada indi böhran yaşanır. Ona görə investisiya imkanları olan ölkələrə indi çox böyük maraq vardır. Azərbaycan da o ölkələrdəndir. Ona görə hesab edirəm ki, bizim iqtisadi diplomatiyamız da çox fəal olmalıdır. Mən burada bir neçə istiqamət görürəm. İlk növbədə Azərbaycan investisiyalarını xarici ölkələrə yönəltmək. Əslində bu, bu gün siyasətimizin tərkib hissəsidir. Çünki iqtisadi qanunlar vardır. Biz bundan sonra ölkə iqtisadiyyatına kütləvi həcmdə investisiyalar qoya bilmərik. Çünki bu, inflyasiyanı sürətləndirə, digər xoşagəlməz proseslərə gətirib çıxara bilər. Biz investisiyanı tənzimləyici həcmdə qoyuruq. Maliyyə resurslarımız da vardır. Ona görə biz indi xarici bazarlara, - o ölkələrə ki, onlarla bizim yaxşı münasibətlərimiz vardır, - öz investisiyalarımızla çıxırıq. Bax, bu da çox önəmlidir.
Ona görə, hesab edirəm ki, burada İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Dövlət Neft Fondu, Xarici İşlər Nazirliyi birlikdə çalışmalıdırlar. Biz xaricə qoyulan investisiya portfelini, əlbəttə ki, təsdiq edirik. Azərbaycan şirkətlərini xarici bazarlara çıxarmaq üçün bizim səfirliklər çalışırlar. Keçən müşavirədə də mən qarşıya bu vəzifəni qoymuşam. Son vaxtlar xaricdə Azərbaycan şirkətlərinin sayı da, onların fəaliyyəti də artır.
Enerji diplomatiyamız - bu da əlbəttə ki, çox önəmli məsələdir. Çünki bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq mümkün deyildir. Azərbaycan enerji təhlükəsizliyini tam şəkildə təmin edib və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir. Son vaxtlar imzalanan sazişlər bizim imkanlarımızı böyük dərəcədə artıracaq və Azərbaycanı dünya üçün, Avropa üçün daha da önəmli ölkəyə çevirəcəkdir. “Şahdəniz-2”, TANAP, TAP layihələri Avropanın ən böyük infrastruktur layihələridir. Azərbaycan liderliyi öz üzərinə götürüb. Bu layihələrin icrası nəticəsində biz böyük bazara çıxış əldə edəcəyik. Avropa məkanı da yeni qaz mənbəyinə çıxış əldə edəcəkdir. Yeni qaz mənbəyi - ən önəmlisi budur, yeni marşrut yox, yeni qaz mənbəyi. Avropa üçün bu gün yeni qaz mənbəyi, sadəcə olaraq, Azərbaycandır. Başqa yeni mənbə yoxdur və yaxın zamanlarda olmayacaqdır.
Ona görə bu məsələ ilə bağlı, - eyni zamanda, bu layihələrin icrası zamanı onlarla, yüzlərlə xarici şirkət çalışacaq, - kontraktlar imzalanacaqdır. Artıq bir çox kontraktlar imzalanmışdır və bu kontraktlar o şirkətlər üçün böyük gəlir mənbəyidir. Burada da hesab edirəm ki, əlbəttə, bütün bu məsələlər açıq tender yolu ilə həll ediləcəkdir. Ancaq yenə də Azərbaycan bu layihələrin lideri, təşəbbüskarı kimi öz sözünü deyə bilər və deyəcəkdir. Burada da hesab edirəm ki, həm iqtisadi parametrlər, eyni zamanda, bizim ikitərəfli əlaqələr də nəzərə alınmalıdır. Ona görə biz bu layihələrin icrası nəticəsində bir neçə hədəfə çatacağıq. Əminəm ki, bu böyük layihələri vaxtında icra edəcəyik.
Bir daha demək istəyirəm ki, Azərbaycan prinsipial, ardıcıl xarici siyasət aparır. Müstəqil xarici siyasət aparır və bundan sonra da aparacaqdır. Azərbaycanın diplomatik korpusu uğurla fəaliyyət göstərir. Sizin fəaliyyətinizdən mən bütövlükdə razıyam. Əlbəttə ki, müxtəlif nöqsanlar, çatışmazlıqlar ola bilər. Ancaq bütövlükdə Azərbaycan diplomatiyası inkişaf dövrü yaşayır”.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30

