/ / Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub
26.07.2014 [10:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 25-də Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub.
Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini möhkəmləndirməkdədir. Respublikamızda bütün sahələrdə islahatlar ildən-ilə daha da dərinləşir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial-infrastruktur layihələri bütün sahələri əhatə edir.
Son illər Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlarda maliyyə, vergi və bank sektorlarının da xüsusi payı var. Dünyada iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, respublikamızda hərtərəfli düşünülmüş siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişaf təmin olunur. Ölkəmizin strateji valyuta ehtiyatları artır, milli valyutamızın məzənnəsi sabitdir, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini daha da artırır. Ötən illərdə “Büdcə sistemi haqqında” qəbul edilən Qanun mütəmadi olaraq təkmilləşdirilir. Respublikamızda beynəlxalq standartlara cavab verən xəzinədarlıq sistemi formalaşdırılıb. Uğurlu sosial-iqtisadi və düzgün büdcə-vergi siyasəti nəticəsində son 12 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə artıb. Son illər bütün strukturlarda olduğu kimi, Maliyyə Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, nazirliyin tabeliyində olan bütün inzibati binaların müasirləşdirilməsi və səmərəli fəaliyyət üçün hərtərəfli iş şəraitinin yaradılması istiqamətində ardıcıl işlər görülür. Maliyyə Nazirliyinin 35 rayon və ya şəhər maliyyə idarəsi, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyinin Bakı şəhəri üzrə 5 xəzinədarlıq idarəsi üçün yeni inzibati binalar tikilib, 17 yerli maliyyə orqanının binası əsaslı təmir edilib, ən müasir texnologiya və avadanlıqla təchiz olunub. Hazırda dövlət başçısının tapşırıqlarına əsasən, Maliyyə Nazirliyinin fəaliyyətində modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün elektron xidmətlərin geniş tətbiqi diqqət mərkəzindədir. Ümumilikdə, Prezident İlham Əliyevin “Dövlət məmuru xalqın xidmətçisidir” fikirlərini fəaliyyətində əsas götürən Maliyyə Nazirliyinin kollektivi işini beynəlxalq standartlara və günün tələblərinə uyğun qurmaqla qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylərini əsirgəmir.
Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə yeni inzibati binada yaradılan şəraitlə bağlı məlumat verib.
Qeyd edilib ki, Maliyyə Nazirliyinin ötən əsrin 50-ci illərində inşa olunan əvvəlki binası istismara yararsız vəziyyətdə idi və müasir tələblərə cavab vermirdi. Dövlət başçısının iş yerlərinin ən müasir standartlara uyğun yenidən qurulmasına dair tapşırığına əsasən paytaxtın ən gözəl və tarixi guşələrindən birində Maliyyə Nazirliyinin yeni inzibati binası inşa olunub. Bina Bakı şəhərinin müasir simasına uyğun, milli və orijinal memarlıq üslubunda tikilib. Burada nazirliyin mərkəzi aparatı, qurumun strukturuna daxil olan 2 dövlət agentliyi və 3 dövlət xidmətinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Yeni binanın ərazisində əsaslı yaşıllaşdırma və abadlıq işləri aparılıb.
Əsas girişdə Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Binanın akt zalı da müasirliyi ilə diqqəti cəlb edir. Burada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Nazirliyin ekspozisiyalarının zənginliyi ilə seçilən muzeyində Azərbaycanın maliyyə sisteminin keçdiyi tarixi inkişaf yolu mərhələlər üzrə təqdim edilir. Muzeydə ölkəmizin qədim əsginasları, müasir maliyyə sektorunun formalaşdırılması istiqamətində ilkin tədbirlər, respublikamızın maliyyə sisteminin Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə keçdiyi zəngin inkişaf yolu, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, büdcə, xəzinədarlıq, sığorta və digər sahələrdə tətbiq edilən yeniliklər, Maliyyə Nazirliyinin beynəlxalq əlaqələri geniş əksini tapıb.
Dövlət başçısı iclas zalları, görüş və iş otaqları ilə də tanış olub.
Maliyyə Nazirliyinin bütün strukturlarının və tabeliyindəki təşkilatların mərkəzi aparatla birgə yeni inzibati binada yerləşməsi vahid mərkəzdən və daha operativ idarəetməni təmin etməyə imkan verəcək, əməkdaşların iş əmsalını və məsuliyyətini daha da artıracaq.
Nazirliyin kitabxanası zəngin fondu, ən müasir texnologiya və avadanlıqla təchizatı baxımından diqqəti cəlb edir.
Dövlət başçısı Maliyyə Nazirliyinin son illərdə keçdiyi inkişaf yolu, geniş tətbiqini tapan kompleks islahatlar və yeni inzibati binadan bəhs edən qısa videoçarxa baxıb.
Sonra Prezident İlham Əliyevə büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olunub. Qeyd edilib ki, nazirlikdə büdcə təşkilatları üçün maliyyə uçotu üzrə vahid avtomatlaşdırılmış sistem, dövlət büdcəsinə daxil olan vəsaitlərin, bütün dövlət xərclərinin, xəzinə hesablarının bir mərkəzdən elektron və operativ şəkildə idarə olunmasını, faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi yaradılıb.
Dövlət başçısına ən müasir texnologiyanın tətbiq olunduğu əyar nəzarət maşını barədə də məlumat verilib.
Maliyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30

