Azərbaycandan Qərb və Şərq istiqamətlərində boru kəmərləri layihələri həyata keçirilə bilər
11.03.2009 [16:04]
Azərbaycanın apardığı uğurlu iqtisadi siyasət, ölkəmizin malik olduğu neft və qaz kəmərləri respublikamızın dünyadakı nüfuzunu möhkəmləndirib.
Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi əhəmiyyət verilən NABUCCO qaz kəməri layihəsində iştirakla bağlı niyyətini bəyan etməsi ölkəmizə beynəlxalq marağı daha da artırıb.
Amerika Birləşmiş Ştatlarının nüfuzlu CNBC (Si-en-bi-si) telekanalı da yayımladığı videomaterialda Prezident İlham Əliyevlə müsahibə əsasında Azərbaycanın uğurlarını geniş tamaşaçı auditoriyasına təqdim edib. Verilişdə tanınmış analitiklərin fikirləri də səslənib.
Videomaterialda vurğulanır ki, Davos forumunda müzakirə olunmuş əsas mövzulardan biri enerji təhlükəsizliyi mövzusu idi. Rusiya ilə Ukrayna arasında enerji mübahisəsinin Avropanın onlarca ölkəsində enerji böhranı yaratdığını nəzərə alaraq, həmin mövzu təbii ki, gündəlikdə əsas yeri tutmalıdır. Böyük həcmdə enerji təchizatında alternativ mənbə rolunu oynamağa başlayan dövlətlərdən biri də Azərbaycandır. Vaxtilə mövcud olmuş İpək yolunda strateji mövqeyi ilə seçilən ölkənin Prezidenti İlham Əliyev yeni ticarət əlaqələrini araşdıraraq əməkdaşlıq vəd edir.
Yeni İpək yolunun bərpasını tənzimləyə biləcək ölkələrdən söhbət açsaq, təbii ki, onlardan biri də Azərbaycandır. Asiya ilə Avropanın qovuşuğunda strateji mövqeyə malik Azərbaycan Rusiya ilə Ukrayna arasında qaz mübahisəsi fonunda tarazlaşdırıcı ölkə kimi görünür.
Prezident İlham Əliyev: “Bu və ya digər halda bu gərginliklər öz mənfi təsirini göstərir. Bu da öz növbəsində qlobal enerji sektorunda əlavə gərginlik yaradır. Biz bunu görmək istəmirik. Biz gözlənilən və davamlı təchizat marşrutlarını və bütün iştirakçılar arasında qarşılıqlı anlaşmanı görmək istəyirik”.
Sərt qış şəraitində görünür ki, avropalılar mövcud Bakı-Tbilisi-Ərzurum boru kəmərinə ikinci, əlavə NABUCCO boru kəmərinin çəkilməsini çox böyük razılıqla qarşılayırlar.
Analitik Yames Nixey: “Azərbaycandan çəkiləcək hər hansı boru kəmərləri alqışlanır. Qərb və Avropa İttifaqı kifayət dərəcədə fəal, birgə işləyərsə və sərmayə qoyuluşuna başlayarsa, NABUCCO boru kəməri baş tuta bilər. Layihə barədə prinsip etibarilə razılıq artıq əldə olunub”.
Azərbaycandan Qərb və Şərq istiqamətlərində boru kəmərləri layihələri həyata keçirilə bilər. İstehlak ehtiyacları sürətlə artan çin və Hindistan regionları ilə enerjidən asılı olan Avropa arasında yerləşən Azərbaycan bu gün strateji şahmat oyununda özünəməxsus rolunu oynaya bilər.
Analitik Daniel Yergin: “Sovet İttifaqının süqutu xəritədə böyük dəyişikliklərlə müşayiət olunub. Yeni təchizat mənbələri olmaları sayəsində Azərbaycan və Qazaxıstan artıq sürətlə inkişaf edən ölkələrə çevrilmişdir. Onlar okean dövlətləri deyil, buna görə də həmin ölkələr üçün çoxşaxəli boru kəməri sistemi böyük əhəmiyyət kəsb edir”.
Enerji daşıyıcıları Azərbaycanı inkişaf baxımından böyük bir sıçrayışla dünyanın ən qabaqcıl dövlətləri sırasına qoşub. 2006-cı ildə illik iqtisadi artım 34 faizdən çox olub. Neftin qiymətlərinin kəskin aşağı düşməsi neft sənayesinin nə dərəcədə həssas bir sahə olduğunu və burada çətin dövrün də ola biləcəyini açıq şəkildə nümayiş etdirib. Bunu nəzərə alan Azərbaycan fəaliyyət dairəsini genişləndirmək qərarına gəlib. Keçmişdə qədim İpək yolunun mühüm hissəsində yerləşən Azərbaycan Transavrasiya informasiya-kommunikasiya texnologiyaları sisteminə inteqrasiyasını gücləndirərək, regionda İKT mərkəzinə çevrilmək məqsədini qarşıya qoyub.
Analitik Anna Valker: “Təbii ki, Azərbaycanın bunun üçün potensialı var. Avropa İttifaqı Asiya ilə Avropa arasında fiber optik kabelin çəkilməsində xüsusilə maraqlı olub. Azərbaycan isə həmin marşrutun ortasında yerləşir. Əlbəttə ki, bu, daha etibarlı kommunikasiyalar yaratmaqda kifayət qədər asan yoldur”.
ötən il 40 faiz artmış turizmdən tutmuş kosmik sənayeyə qədər şaxələndirmə Azərbaycanda ən işlək ifadədir. İqtisadiyyatın müasirləşdirilməsi bu günün ən mühüm məsələsidir. ölkə 2012-ci ilə qədər iki telekommunikasiya peyki buraxmaq və regional innovasiya zonası yaratmaq niyyətindədir.
Prezident İlham Əliyev: “Biz enerji sahəsində olduğu kimi, İKT sahəsində də cəlbedici olmalıyıq”.
Analitik Daniel Yergin: “Astana və Bakıya səfər edən hər bir şəxs inkişafa əsaslı vəsaitlərin yönəldiyinin şahidi olur. Sosial tələbatlar və infrastruktur xərcləri sahəsində bu ölkələrə böyük vəsaitlər lazımdır. Həmin vəsaitlər əvvəllər bu həcmdə mövcud olmayıb”.
Neft və qazdan əldə olunan gəlirlər artmaqdadır. 2008-ci ilin sonuna Azərbaycanın Dövlət Neft Fondunda 11 milyard ABŞ dolları vəsait toplanıb.
Analitik Anna Valker: “Azərbaycanın bu sahədə əldə etdiyi və Neft Fonduna yığılan gəlirlərin böyük hissəsi tikililərin yenidən qurulmasına, yol infrastrukturunun yaradılmasına sərf olunur. Bu baxımdan Azərbaycan beynəlxalq təşkilatların və Dünya Bankı kimi maliyyə təsisatlarının etimadını qazanmışdır və bu, davam etməkdədir. Həmin təsisatlar da kredit ayırır və bu, yol infrastrukturuna xərclənir”.
Gələcəyinin bütövlükdə neft və qaz sektorundan asılılığının düzgün olmadığını başa düşən Azərbaycan dəyişikliklərə uyğunlaşır və Asiya ilə Avropa arasında olan qədim əlaqələri XXI əsrdə müasirləşdirir.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44

