Son sözü martın 18-də xalq deyəcək
16.03.2009 [08:59]
“Yeni Azərbaycan” təşviqat qrupu vətəndaşların yüksək əhval-ruhiyyəsi, aktivliyi ilə müşahidə olunan görüşlər seriyasını davam etdirməkdədir. Belə tədbirlərdən biri də martın 14-də Abşeron rayonunda keçirilib. “Yeni Azərbaycan” təşviqat qrupunun Abşeron rayon şöbəsinin sədri Bilman Vəliyev xatırladıb ki, bir müddət öncə hakim Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi təklifi ilə çıxış edib. O, bütövlükdə 29 maddəni əhatə edən bu dəyişikliklərin dövrün tələbi olduğunu, Azərbaycan dövlətinin qüdrətlənməsinə, ölkə vətəndaşlarının hüquqlarının möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Bilman Vəliyev qeyd edib ki, bu dəyişikliklərin hər biri xalqımızın həyat şəraitinin daha da yaxşılaşmasına, övladlarımızın gələcəyinin təminat altına alınmasına yönəlib. Onun sözlərinə görə, referendumda müzakirəyə çıxarılmış məsələlər ölkənin bugünkü reallıqları baxımından vacibdir. Nəzərdə tutulmuş əlavə və dəyişikliklərdə məqsəd insan hüquqlarını daha da genişləndirmək, vətəndaşların həyat şəraitini yaxşılaşdırmaqdan ibarətdir. 18 mart referendumu Azərbaycan cəmiyyətində insan hüquq və azadlıqlarının daha da genişləndirilməsi, vətəndaşların həmin hüquq və azadlıqlardan daha da səmərəli istifadəsinin təmin edilməsi yolunda daha bir addımdır: “Bilirsiniz ki, bugünkü Azərbaycan Konstitusiyası 1995-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hazırlanıb və ümumxalq səsverməsi yolu ilə qəbul olunub. Amma ötən 14 ildə Azərbaycan dəyişib, inkişaf edib. İqtisadi gücümüz artıb, beynəlxalq mövqelərimiz güclənib. Artıq Azərbaycan dövləti öz vətəndaşları üçün daha yaxşı imkanlar yaratmağa, onların daha yaxşı yaşayışını təmin etməyə qadirdir. Bunun üçün isə ilk olaraq hüquqi baza formalaşdırmaq, yeni qanunlar qəbul etmək lazımdır. Qanunların məhz Konstitusiyamızın bazasında formalaşdırıldığını nəzərə alsaq, bu islahatların nə üçün gərəkli olduğu məlum olur”.
Tədbirdə çıxış edən Səbutay Həsənov Konstitusiyanın bəzi maddələri üzrə təklif olunan dəyişikliklərin qüdrətli Azərbaycan və zəngin vətəndaş prinsiplərinə əsaslandığını deyib: “ümumiyyətlə, bütün maddələr ölkəmizin tərəqqisinə, əhalinin xoşbəxt gələcəyinə təminat verir. Amma elə maddələr var ki, birbaşa xalqın azad, demokratik və ən geniş iqtisadi-sosial hüquqlarının əhatə olunmasını şərtləndirir. Məsələn, Konstitusiyanın 12-ci maddəsinə təklif olunan dəyişikliklər insanların sosial həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bundan başqa, 15-ci maddə onların gələcək iqtisadi inkişafı üçün dərin əsaslar yaradır. Vətəndaşların hüquq və azadlıqlarının daha da genişlənməsinə xidmət edən digər maddələr də təqdir olunacaq qədər mükəmməl dəyişikliklərdir”.
Tədbirdə fikirlərini bölüşən iştirakçılar isə Konstitusiyada təklif edilən əlavə və dəyişiklikləri mütərəqqi islahatlar kimi dəyərləndirib və 18 martda keçiriləcək referendumda fəal iştirak edəcəklərini diqqətə çatdırıblar. Görüş maraqlı dialoq şəraitində davam edib. Seçicilərə Konstitusiya islahatları ilə bağlı suallara ətraflı cavablar verilib.
Görüşün sonunda YAP Abşeron rayon təşkilatının “Caspian Fish” şirkətindəki ilk təşkilatının yeni üzvlərinə vəsiqələr təqdim edilib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

