Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

29.09.2015 [10:03]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Türkmənistanın Baş nazirinin müavini Baymurad Xocamuhammedovu qəbul edib.
Baş nazirin müavini Baymurad Xocamuhammedov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu və əsrlər boyu dost kimi yaşadıqlarını, hazırda isə ölkələrimizin müstəqil dövlətlər kimi uğurla inkişaf etdiyini və sosial-iqtisadi sahədə yaxşı nəticələr qazandıqlarını məmnunluqla qeyd edib. Dövlətimizin başçısı Türkmənistan Baş nazirinin müavini Baymurad Xocamuhammedovun Azərbaycana səfərini dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 710 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31