Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Dünya Skaut Komitəsinin sədrini və baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Skaut Komitəsinin sədrini və baş katibini qəbul edib

01.10.2015 [08:35]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalvesi və təşkilatın baş katibi Skot Teareni qəbul edib.
Dünya Skaut Komitəsinin 2017-ci ildə Bakıda keçiriləcək 41-ci konfransına və 13-cü Dünya Skaut Gənclər Forumuna Azərbaycanın ev sahibliyi etməsinin təşkilat üçün çox mühüm əhəmiyyət daşıdığını deyən baş katib Skot Teare tədbirlərdə 150 ölkədən 1000-dən artıq nümayəndənin iştirak etməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Prezident İlham Əliyev Dünya Skaut Komitəsinin 41-ci konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərarın əhəmiyyətini xüsusi qeyd edib. Bu cür vacib qlobal tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin daha da yaxından tanıdılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu deyən dövlətimizin başçısı beynəlxalq səviyyəli müxtəlif tədbirlərin ölkəmizdə həmişə uğurla təşkil olunduğunu bildirib.
Görüşdə Dünya Skaut Komitəsinin növbəti konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun səs çoxluğu ilə Avrasiya regionunda ilk dəfə olaraq 2017-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərardan məmnunluq ifadə olunub, bu tədbirlərin ölkəmizdə yüksək səviyyədə təşkil olunacağı əminliklə qeyd edilib.

Paylaş:
Baxılıb: 770 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31