Dövlət başçısı İlham Əliyev təhlükəsizlik orqanlarının şəxsi heyətini təbrik edib
30.03.2009 [12:06]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illik yubileyi münasibətilə təhlükəsizlik orqanlarının şəxsi heyətini təbrik edib: “Hörmətli milli təhlükəsizlik orqanlarının əməkdaşları və veteranları! Sizi Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Dövlətçiliyimizin əsas dayaqlarından biri olan Milli Təhlükəsizlik Nazirliyi 90 illik mürəkkəb və eyni zamanda şərəfli inkişaf yolu keçmişdir. 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikasının kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi bölmə öz fəaliyyətinə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və azərbaycanlılara qarşı soyqırımı siyasətinin, ölkə daxilində müxtəlif təxribatların qarşısının alınması ilə başladı. Sonrakı dövrdə Sovet İttifaqının dövlət siyasətini həyata keçirən təhlükəsizlik orqanları milli dəyərlərə və belə dəyərlərin daşıyıcıları olan insanlara qarşı repressiv qurum kimi çıxış etdi.
ümummilli liderimiz Heydər Əliyev təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə xüsusi xidmət orqanlarının Azərbaycanın gələcəyinə hesablanmış milli təməllər üzərində formalaşdırılması, xalqımızın milli maraqlarının qorunması və özünüdərkinin dirçəldilməsi məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirdi.
1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Ermənistanın hərbi təcavüzü, separatizm və dövlətçiliyin itirilməsi təhlükəsi ilə, dərin siyasi-iqtisadi böhranla, qanunsuz silahlı dəstələrin və cinayətkar qrupların tüğyan etməsi ilə, ölkəyə rəhbərlik edən şəxslərin səriştəsizliyinin doğurduğu problemlərlə üzləşdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə siyasi rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkəni vətəndaş müharibəsindən xilas etdi, qanunçuluğun və ictimai-siyasi sabitliyin bərpasına nail oldu, demokratik, hüquqi dövlətin möhkəm bünövrəsini qoydu.
Milli maraqların qorunmasında təhlükəsizlik orqanlarının əhəmiyyətini nəzərə alaraq, onların fəaliyyətinə daim xüsusi diqqət və qayğı ilə yanaşan ulu öndərimiz müstəqil Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas prioritetlərini müəyyən etdi, xüsusi xidmət orqanlarının fəaliyyətində köklü islahatlar həyata keçirdi, kadr potensialının daim yeniləşdirilməsi və gücləndirilməsi üçün Milli Təhlükəsizlik Akademiyasını təsis etdi.
Bu gün təhlükəsizlik orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Xarici xüsusi xidmət orqanlarının və ayrı-ayrı şəxslərin Azərbaycanın həyati maraqlarına qarşı yönəlmiş destruktiv fəaliyyətinin qarşısının alınması, ölkəmizin daxili və xarici siyasətini həyata keçirmək üçün əlverişli şərait yaradılması məqsədi ilə təhlükəsizlik orqanlarının gördükləri tədbirlər, qlobal informasiya məkanında erməni təcavüzünə qarşı apardıqları işlər, terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə daha səmərəli və sistemli xarakter almışdır.
Qloballaşma proseslərinin ümumi sülh və təhlükəsizlik üçün doğurduğu təhlükələr milli təhlükəsizlik orqanları qarşısında Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, onun təhlükəsizliyini və demokratik sabitliyi təmin etmək, terrorçuluğa, dini ekstremizmə və separatçılığa qarşı mübarizə sahəsində fəaliyyəti daha səmərəli şəkildə təşkil etmək kimi mühüm vəzifələr qoyur.
XXI əsrin çağırışlarına vaxtında və effektiv cavab vermək məqsədi ilə Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının müasirləşdirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, onların peşəkarlığının artırılması üçün xeyli iş görülmüşdür və dövlətin xüsusi xidmət orqanlarına qayğısı bundan sonra da davam edəcəkdir. Bu isə öz növbəsində milli təhlükəsizlik orqanlarının məsuliyyətini daha da artırır.
Əminəm ki, təhlükəsizlik orqanları bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, milli dövlətçilik ruhunda tərbiyə edilən zabitlərimiz vətənimizə hədsiz sədaqət, vətənpərvərlik, igidlik nümayiş etdirəcəklər.
Sizi bir daha 90 illik yubileyiniz münasibətilə təbrik edir, dövlətimizin təhlükəsizliyinin təmin olunması və qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

