Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşü olub
24.02.2017 [09:42]
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev İtaliyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında fəal iştirakının əhəmiyyətinə toxunub. Dövlətimizin başçısı bildirib ki, bu, müxtəlif sahələrdə sürətlə inkişaf edən əməkdaşlığımızın daha bir göstəricisi olmaqla yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi baxımından da çox əhəmiyyətlidir. Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığa dair Bəyannamənin qəbul edildiyini deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, hazırda siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ən yüksək səviyyədədir və ölkələrimiz arasında əlaqələrin inkişafı şaxələndirilir.
Karlo Kalenda ölkəsi üçün önəmli olan TAP layihəsinin həyata keçirilməsinə görə İtaliya hökuməti adından dövlətimizin başçısına minnətdarlığını çatdırıb. O, bu mühüm tədbirdə İtaliyanın bir sıra şirkətlərinin nümayəndələrinin də iştirak etdiklərini vurğulayıb, ölkələrimiz arasında müxtəlif sahələrdə əhəmiyyətli layihələrin icra edildiyini bildirib.
Qonaq İtaliyanın Baş naziri Paolo Centiloninin ötən ilin sonunda xarici işlər və beynəlxalq əməkdaşlıq naziri kimi Azərbaycana səfərini xatırlayıb.
Söhbət zamanı ölkələrimiz arasında energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, İtaliya Azərbaycandan böyük həcmdə neft və enerji məhsulları idxal edir.
Diqqətə çatdırılıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı zamanı SOCAR ilə həmin şirkət arasında əməkdaşlığa dair memorandum imzalanacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

