Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseyn ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseyn ilə görüşüb

01.03.2017 [10:12]

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin 2015-ci ildə Azərbaycana səfəri məmnunluqla xatırlanıb. Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığını bildirib.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulanıb.
Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonra görüş geniş tərkibdə davam etdirilib.

Paylaş:
Baxılıb: 1045 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31