Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişani ilə görüşüb
17.03.2017 [09:58]
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Buyar Nişani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Albaniya Prezidenti Buyar Nişani V Qlobal Bakı Forumuna dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, dövlətimizin başçısı ilə görüşməkdən məmnunluq hissi keçirdiyini deyib. Prezident Buyar Nişani Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb. O, Albaniya xalqının səmimi salamlarını Azərbaycan xalqına çatdırıb. Albaniya Prezidenti Buyar Nişani Prezident İlham Əliyev ilə görüşünün münasibətlərimizin perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.
Albaniya Prezidentinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bu Forumun müzakirələrin aparılması baxımından vacib beynəlxalq tədbir olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və yaxşı perspektivləri olduğunu deyib. Hər iki ölkənin enerji sektorunda yaxşı tərəfdaşlar olduğunu qeyd edən Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin üçüncü toplantısında albaniyalı nazirin iştirakının önəmini vurğulayıb. Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin çox uğurla həyata keçirildiyini bildirib. Azərbaycan ilə Albaniyanın siyasi əlaqələrinin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyədə qarşılıqlı dəstəyin və beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlığın olduğunu qeyd edib, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycan ilə Albaniya arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində işlərin görülməsinin vacibliyini bildirən dövlətimizin başçısı bunun ölkələrimizin qarşısında duran əsas məqsədlərdən biri olduğunu deyib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

