Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib
06.12.2017 [10:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları istiqamətində uğurlu inkişafından məmnunluq bildirilib.
Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin 20 ildən artıqdır ki, keçirildiyini qeyd edərək, İran şirkətlərinin bu sərgidə daim iştirak etməsindən və bu sərgidə İranın nazir səviyyəsində təmsil olunmasından məmnunluğunu ifadə edib. Bu yaxınlarda İran İslam Respublikasına səfərini xatırlayan dövlətimizin başçısı İranın Ali Rəhbəri və İran Prezidenti ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafına böyük töhfə verdiyini vurğulayıb. Prezident İlham Əliyev informasiya-kommunikasiya və rabitə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib və İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin səfəri zamanı əməkdaşlığın perspektivləri ətrafında səmərəli müzakirələrin aparılacağına əminliyini vurğulayıb.
Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. O, eyni zamanda, Kirmanşah şəhərində zəlzələ ilə əlaqədar Azərbaycan Prezidentinin başsağlığı verməsi və Azərbaycanın İran xalqı ilə həmrəylik nümayiş etməsi ilə bağlı İran Prezidentinin minnətdarlığını çatdırıb. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06

