Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyük Britaniyanın Yorq Hersoqu, şahzadə Endryu "Sehirli ilmələr" Azərbaycan xalçaları qalereyasında olub

Böyük Britaniyanın Yorq Hersoqu, şahzadə Endryu "Sehirli ilmələr" Azərbaycan xalçaları qalereyasında olub

03.12.2009 [09:50]

AzərTAc: ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Yorq Hersoqu, şahzadə Endryu “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin  “Sehirli ilmələr”  qalereyasında olub. Qonağa Azərbaycan xalqının qədim sənətlərindən biri olan xalçaçılıq haqqında geniş məlumat verilib. Xalça sexi ilə tanış olan qonaq toxuma prosesi ilə maraqlanıb. Burada toxunan xalı-xalça yüksək keyfiyyəti, zəngin çeşidləri ilə fərqlənir. Azərbaycan xalçaları hər zaman dünya muzeylərinin ən nadir eksponatlarından sayılıb. Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının hələ orta əsrlərdə Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğu, dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayıldığı vurğulanıb. Qonaq buradakı boyama sexi ilə tanış olub. Naxışların incəliyi və yüksək sıxlığı, tərtibatın orijinallığı ilə seçilən xalçaların istehsal prosesi bütün beynəlxalq standartlara cavab verir. İplər təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşidlərdən götürülür. Bildirilib ki, “Azərilmə”də toxunan xalçalar beynəlxalq ictimaiyyət tərəfindən də layiqli qiymətini alıb. “Azərilmə” Avropanın Biznes Assambleyasının “United Europe” və “XXI əsrin liderləri” beynəlxalq imic proqramının “European Quality” (Avropa keyfiyyəti) nüfuzlu mükafatına layiq görülüb. Burada gördüklərindən valeh olduğunu bildirən şahzadə Endryu Azərbaycan xalçaçılıq sənətinin maraqlı və zəngin olduğunu söyləyib. Qonaq ölkəmizdə qədim el sənətinə məhəbbətlə yanaşılmasından məmnun qalıb. Şahzadə Endryu qalereyanın “Xatirə kitabı”na ürək sözlərini yazıb.
*  *  *
Böyük Britaniyanın Yorq Hersoqu, şahzadə Endryu Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub. Yorq Hersoquna dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilib. Bildirib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun dünya qeyri-maddi irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir. Mərkəz ilə yaxından tanış olan şahzadə Endryu burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıb.
Yorq Hersoqu gənc muğam ifaçıları Ehtiram Hüseynovun və Vəfa Orucovanın  ifasında Azərbaycan muğam, təsnif və xalq mahnılarını dinləyib. İfaçıları Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərov (tar) müşayiət edib. Şahzadəyə milli musiqi alətləri barədə ətraflı məlumat verilib. Sonra hörmətli qonağa Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap edilmiş “Qarabağ xanəndələri” albomu və “Azərbaycan musiqi alətləri” kitabı hədiyyə edilib.


Paylaş:
Baxılıb: 1155 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30