İrəvan sülh müqaviləsinə imza atacaq!
04.03.2022 [09:44]
Bakının geostrateji pressinqi nəticə verir
Nurlan QƏLƏNDƏRLİ
Artıq Cənubi Qafqazda postmüharibə mərhələsidir və saatlar Bakı vaxtı ilə qurulur. Hazırkı dönəmdə ən aktual mövzulardan biri Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsidir. Azərbaycan bu məsələdə qətiyyətli və birmənalı mövqe nümayiş etdirir. Bakının şərtləri aydındır: Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Eyni zamanda, bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İrəvan isə yeni şəraitdə reallıqlara uyğun davranmalı, ağıllı, konstruktiv mövqe sərgiləməlidir, öz qonşuları ilə normal münasibətlər qurmalı, ərazi iddialarından əl çəkməlidir. Eyni zamanda, Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparılmalı, sülh müqaviləsinə hazırlıq işlərinə başlanılmalıdır.
Paşinyan nə demək istəyir?
Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Ona görə də, hətta 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar. Elə İrəvanın açıqlamaları, bəyanatları, yanaşması və mövqeyi də bu baxımdan istisna deyil. Erməni KİV-in məlumatına görə, Nikol Paşinyan “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. “Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”, - deyə o vurğulayıb. Bəs Ermənistanın baş nazirinin sözlərinin siyasi tərcüməsi nədir, əslində, o nə demək istəyir? Paşinyan söyləyir ki, İrəvanın alternativ şansı - imkanı yoxdur. Ermənistan siyasi dairələri xüsusilə nəzərə almalıdır ki, bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Ermənistan 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, hər hansı bir geosiyasi və geoiqtisadi imkanlara malik deyil. Digər tərəfdən, Azərbaycanın qarşısında əzici məğlubiyyətə uğrayan Ermənistanın revanş üçün hər hansı potensialı və gücü yoxdur. Zatən sosial-iqtisadi tənəzzülə uğrayan Ermənistan müharibə nəticəsində çox ciddi demoqrafik və iqtisadi itkilərə məruz qaldı. Beləliklə, bu gün məğlub ölkənin həm iqtisadi gücü, həm demoqrafik potensialı yeni bir savaşa başlamaq imkanını istisna edir. Nəhayət, şərtləri qalib və haqlı Azərbaycan diktə edir. Bakının geostrateji pressinqi nəticə verir, İrəvan isə sülh müqaviləsinə imza atacaq!
Azərbaycanın iradəsi həlledicidir
Beləliklə, Bakı və İrəvan tərəfindən verilən mesajlar, regionda maraqları olan müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları yeni mərhələdə müzakirə predmetinin “münaqişə qalıqları” deyil, müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Elə Moskva, Soçi və Brüssel görüşünün yekunları da sülh müqaviləsinin imzalanması məsələsinin əsas gündəm mövzusunu təşkil etdiyini göstərir. Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüşdə ifadə edilən mövqelər, həmçinin Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında əksini tapan məqamlar da bu baxımdan xüsusi qeyd edilməlidir. Bu reallıqların ifadə etdiyi daha bir gerçəklik sülh gündəliyinin, bölgədə postmüharibə dövrünə dair yanaşma və fəaliyyətlərin məhz Azərbaycanın geosiyasi iradəsi və haqlı mövqeyi əsasında müəyyənləşdirildiyidir.
Geosiyasi axına qarşı üzmək olmaz
Nəticə etibarilə, sülh müqaviləsi imzalanacaq - ya tez, ya gec. Haqlı və qalib Azərbaycan öz strateji məqsədlərinə doğru addım-addım irəliləyir, situasiya Bakının lehinədir. İrəvan isə geosiyasi axına qarşı üzməyin faydasız olduğunu və zamanın onun əleyhinə işlədiyini ən qısa zamanda dərk etməli, qəti addımlar atmalıdır. Hər halda, iqtisadi tənəzzüldən, siyasi xaosdan, regional təcrid vəziyyətindən qurtulmaq üçün!
Xəbər lenti
Hamısına baxHadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34

