/ / Azərbaycanda bütün xalqlara və milli azlıqlara, o cümlədən, yəhudilərə tolerant münasibət bəslənilir
Azərbaycanda bütün xalqlara və milli azlıqlara, o cümlədən, yəhudilərə tolerant münasibət bəslənilir
05.10.2010 [10:34]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yəhudi məktəbinin açılışı münasibətilə respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini qəbul edib.
Prezident İlham Əliyev Bakıda yəhudi məktəbinin açılış mərasimində iştirak etmək üçün müxtəlif ölkələrdən respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini salamlayıb. Dövlətimizin başçısı əsrlər boyu Azərbaycanda bütün xalqlara və milli azlıqlara, o cümlədən, yəhudilərə tolerant münasibət bəsləndiyini deyib. Prezident İlham Əliyev tarixən ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dinc yanaşı yaşadığını xüsusi vurğulayaraq qeyd edib ki, bu ənənə indi də uğurla davam etdirilir və nümunəvi xarakter daşıyır. Dövlətimizin başçısı yəhudi məktəbinin timsalında milli azlıqlar üçün ölkəmizdə reallaşdırılan layihələrin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi üçün ardıcıl siyasət həyata keçirdiyini qeyd edib və bu siyasətin hazırda da uğurla davam etdirildiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolu barədə də ətraflı danışıb. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində vətəndaş müharibəsi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, Ermənistanın işğalı və sair çoxsaylı problemlərlə üz-üzə qalan Azərbaycanın ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində bütün çətinlikləri qısa müddətdə arxada qoyduğunu və hərtərəfli inkişafa başladığını bildirib.
ölkəmizin müstəqil siyasət yürütdüyünü, xalqla iqtidarın birliyinə nail olunduğunu və dövlət siyasətində insan amilinin başlıca yer tutduğunu vurğulayan dövlətimizin başçısı respublikamızda əhalinin güzəranının durmadan yaxşılaşdığını, qısa müddətdə yoxsulluğun 49 faizdən 11 faizə endirildiyini və böyük miqdarda yeni iş yerlərinin yaradıldığını deyib. Məqsədyönlü siyasət nəticəsində ölkəmizin paytaxtının, eləcə də, regionlarının tanınmaz dərəcədə dəyişdiyini və müasirləşdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayıb. Dünyada qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə də ölkəmizdə bütün sahələrdə inkişafın təmin edildiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanın son illərdə sıçrayışlı sosial-iqtisadi inkişafa nail olduğunu və hazırda dünyanın inkişaf etmiş ölkələri sırasında yerini tutmaq üçün səylərini daha da gücləndirdiyini bildirib.
Prezident İlham Əliyev Azərbaycandakı müxtəlif dini icmaların azad fəaliyyəti üçün həyata keçirilən tədbirlərə bir daha toxunaraq bu baxımdan Bakıda yeni sinaqoqun inşa olunduğunu qeyd edib. Dövlətimizin başçısı beynəlxalq səviyyədə Azərbaycan reallıqlarının təbliğinin gücləndirilməsinin vacibliyini deyib və bu baxımdan qarşılıqlı səfərlərin mühüm rol oynadığını söyləyib.
MDB Yəhudiləri Cəmiyyəti Federasiyasının prezidenti Lev Levayev qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, Azərbaycanda bütün xalqlara, milli azlıqlara, o cümlədən yəhudilərə daim yaxşı münasibət bəsləndiyini deyib. ümummilli lider Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırlayan Lev Levayev Ulu öndərin tolerantlıqla bağlı müdrik siyasətinin indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qonaq bu cür xoşməramlı siyasətə Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın da töhfələr verdiyini xüsusi qeyd edib.
İsrailin baş ravvini Şlomo Amar Azərbaycana ilk səfərinin onda zəngin təəssürat doğurduğunu söyləyib. O, respublikamız ilə ilk tanışlığından Prezident İlham Əliyevin siyasətində insan amilinin başlıca meyar olduğu qənaətinə gəldiyini deyib. Şloma Amar Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzinə gələnə qədər aparılan böyük quruculuq və yenidənqurma işlərinin şahidi olduğunu vurğulayıb. Qonaq respublikamızdakı sinaqoqlarla tanışlığın onda razılıq doğurduğunu söyləyib. Baş ravvin paytaxtda yeni sinaqoqun inşa olunması ilə bağlı bütün yəhudilər adından dövlətimizin başçısına minnətdarlığını bildirib, Bakıda tikilən yeni yəhudi məktəbinin də ən müasir tələblərə cavab verdiyini deyib. Şlomo Amar məktəbin inşasına görə Prezident İlham Əliyevə minnətdar olduğunu söyləyib.
İkinci dəfə Azərbaycana səfər etdiyini deyən Amerika Yəhudi Konqresinin prezidenti Cek Rozen ötən səfərindən bəri respublikamızın daha da inkişaf etdiyini və gözəlləşdiyini vurğulayıb. O, qeyd edib ki, Azərbaycan müxtəlif dinlərin və millətlərin dostluq şəraitində birgə yaşamaları baxımından nümunə rolunu oynayır. Qonaq bu zəngin təcrübənin təbliğinin vacibliyini də diqqətə çatdırıb.
Rusiyanın baş ravvini Berl Lazar da Azərbaycandakı tolerantlığın nümunəvi xarakter daşıdığını və bu təcrübənin yayılmasının zəruriliyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan yenidənqurma tədbirlərinə toxunaraq Bakıda müasir yəhudi məktəbinin tikilməsini tolerantlığın yaxşı bir nümunəsi kimi dəyərləndirib.
Görüşün sonunda Prezident İlham Əliyevə hədiyyə təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

