Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi tarixi hadisədir

Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi tarixi hadisədir

08.01.2011 [09:17]

Prezident İlham Əliyev: Layihənin həyata keçirilməsi göstərir ki, bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır
Məlum olduğu kimi, dekabrın 28-də Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri olan, strateji əhəmiyyətli Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Layihənin önəmi deməyə əsas verir ki, onun reallaşdırılması paytaxtın keyfiyyətli su təminatının ödənilməsi yönündə atılmış tarixi addımdır. çünki Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə təmin ediləcək. Bu isə nəticə etibarilə strateji bir məqsədi- Bakı şəhərinin su probleminin əsaslı şəkildə həll edilməsini təmin etmiş oldu...
Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin reallaşdırılması ideyası Ulu öndər Heydər Əliyevə məxsusdur. ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə paytaxtın içməli su ilə təminatı məsələsinə xüsusi diqqət yetirib. Məhz bu diqqətin nəticəsində Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin reallaşdırılması məsələsi olduqca aktuallaşdı. Və nəticə etibarilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə tikintisinə başlanmış Oğuz-Qəbələ-Bakı su kəmərinin 2010-cu ildə istifadəyə verilməsi paytaxtımızın su təchizatında mühüm dəyişikliyin baş verməsini şərtləndirdi...
Bununla yanaşı, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin reallaşdırılması öz növbəsində bir neçə məqamdan xəbər verməkdədir. Birincisi, bəhs edilən layihənin reallaşdırılması Azərbaycan iqtisadiyyatının gücündən və ölkəmizin strateji əhəmiyyətli layihələri müstəqil şəkildə, heç bir xarici maliyyə institutunun yardımından asılı olmadan gerçəkləşdirə bilməsini bir daha sübut etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər iqtisadi imkanlarımız olmasaydı, əlbəttə ki, biz bu layihəni həyata keçirə bilməzdik: “çünki inanmıram ki, hansısa beynəlxalq maliyyə qurumu bu layihəyə kredit ayıra bilərdi. çünki adətən, daha çox kommersiya xarakterli layihələrə vəsait ayrılır. Digər tərəfdən, əgər Azərbaycanın bu gün güclü maliyyə resursları olmasaydı, ümumiyyətlə, xaricdən kredit almaq məsələsi gündəlikdə qalmazdı. Bizim uğurlu iqtisadi siyasətimiz, Azərbaycanın Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla icra edilən neft strategiyası bütün bu reallıqları mümkün etmişdir. Bu gün xaricdən, xarici maliyyə bazarlarından Azərbaycana vəsait cəlb etmək üçün bütün imkanlarımız vardır. Ancaq bu layihəni özümüz öz hesabımıza, kredit almadan həyata keçirdik. Bu layihə Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilmişdir. Bilirsiniz ki, Dövlət Neft Fondunun həyata keçirdiyi layihələr ölkənin inkişafı üçün prioritet məna daşıyır. Hər bir layihənin Dövlət Neft Fondunun investisiya portfelinə daxil edilməsi, əlbəttə ki, geniş müzakirə olunur və lazımi qərarlar qəbul edilir. Neft Fondunun xətti ilə icra edilmiş layihələr bizim üçün prioritet layihələrdir və Oğuz-Qəbələ-Bakı su kəmərinin bu layihələr sırasına salınması bizim niyyətimizi göstərir. Əgər vaxtilə Azərbaycanda uğurlu neft siyasəti aparılmasaydı, bu layihə elə layihə kimi qalacaqdı. Bu layihənin Dövlət Neft Fondunun vəsaiti ilə həyata keçirilməsi digər tərəfdən rəmzi xarakter daşıyır. Neft hasilatından, “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin istismarından əldə edilmiş gəlirlər Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə yönəldilmişdir”.
İkincisi, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin reallaşdırılması dövlətin vətəndaşına verdiyi dəyəri, həmçinin, onun problemlərinin həlli istiqamətində göstərdiyi səylərin davamlılığını və uğurluluğunu bir daha nümayiş etdirdi. Həmin gerçəkliyi Prezident İlham Əliyev məhz bu cür ifadə edib: “Bu, doğrudan da çox rəmzi xarakter daşıyan bir məsələdir, bir daha Azərbaycanın uğurlu siyasətini göstərir. Bir də onu göstərir ki, bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır. Bizim təbii sərvətlərimiz, artıq güclü iqtisadiyyatımız vardır. Ancaq ölkəmizi gücləndirən, gələcəyə aparan və ölkəmizdə bütün prosesləri müsbət istiqamətdə inkişaf etdirən Azərbaycan vətəndaşlarıdır. Biz bu uğurlara Azərbaycan vətəndaşlarının zəhməti hesabına nail ola bilmişik”.
üçüncüsü, bu layihənin reallaşdırılması onu deməyə əsas verir ki, Azərbaycan dövləti ölkənin və vətəndaşların qarşısında duran buna bənzər digər problemlərin həlli istiqamətində bundan sonra da mütəmadi tədbirlər görəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanın bütün bölgələrində içməli su və kanalizasiya problemlərinin həlli üçün praktiki işlər, yaxud da ki, bu işlərin görülməsi üçün hazırlıq tədbirləri aparılır: “Bütün rayonlarda bu ağır və çətin, bizim üçün həmişə, əfsuslar ki, ənənəvi olan bu problem öz həllini tapacaqdır. Bununla bərabər, hazırda çaylar boyu yerləşən kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması nəticəsində 300 mindən artıq Azərbaycan vətəndaşı Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edilir. Bu proses davam etdirilir. Onlar vaxtilə keyfiyyətsiz çay sularından istifadə edirdilər. Yəni, bu gün qarşımızda duran əsas məsələlərdən biri içməli su, kanalizasiya layihələrinin həyata keçirilməsidir. Biz çalışırıq ki, bu məsələ də Azərbaycanda dünya səviyyəsində həll olunsun. Mən ümid edirəm ki, yaxın zamanlarda, bir neçə ildən sonra bu problem ölkə miqyasında bütövlükdə həllini tapacaqdır. Bir daha demək istəyirəm ki, bunu etmək üçün bizdə bütün imkanlar, güclü siyasi iradə, düşünülmüş siyasət, konkret proqramlar, artıq peşəkar kadrlar, güclü yerli şirkətlər vardır. Xarici şirkətlərlə əməkdaşlığımız uğurludur və bu layihənin icrasında xarici şirkətlər iştirak etmişlər. Bizdə artıq güclü maliyyə bazası vardır, daxili imkanlar çox böyükdür. Biz istənilən layihəni öz gücümüzlə həll edə bilərik və bunu edirik. İcra edilən bütün layihələrin məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycanda iqtisadi inkişafı sürətləndirmək, insanların yaşayış səviyyəsini və rifah halını yaxşılaşdırmaqdır. Budur bizim əsas məqsədimiz və hədəfimiz”.
Bir sözlə, bütün bunlar ona dəlalət edir ki, Azərbaycan dövləti vətəndaşlarının sosial xarakterli problemlərinin həlli istiqamətində çox ciddi addımlar atmaqdadır. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizi gündən-günə daha da gücləndirməkdədir...
NURLAN QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30