YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib
19.03.2024 [16:03]
Martın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının (ÇXR) Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.
Görüşdə Azərbaycan-Çin münasibətlərinin dostluq və etibarlı tərəfdaşlıq müstəvisində uğurla inkişaf etdiyi, bir-birinin milli maraqlarına hörmətlə yanaşan və ərazi bütövlüyünü dəstəkləyən iki ölkə arasındakı qarşılıqlı faydalı əməkdaşlığın mühüm perspektivlərə malik olduğu vurğulanıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verirlər. Bunun nəticəsidir ki, strateji xarakter daşıyan və müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan ilə Çin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələri genişləndirməkdə maraqlıdırlar. Eyni zamanda, "Bir kəmər, bir yol" layihəsi və Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq böyük önəm daşıyır və yaxşı perspektivlər vəd edir.
Söhbət zamanı qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı, faydalı fikir və təcrübə mübadiləsinin aparılması və məhsuldar işbirliyinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.
Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlıq əlaqələrinin rolu da diqqətə çatdırılıb. 2023-cü ilin may ayında Tahir Budaqovun rəhbərliyi ilə YAP nümayəndə heyətinin Çinə uğurlu səfərini və orada keçirilmiş yüksək səviyyəli görüşləri xatırladan səfir Qo Min “YAP ilə ÇKP-nin fəal dialoqu xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və çoxşaxəli əməkdaşlığın dərinləşməsinə təkan verir” ,- deyə bildirib. Son illərdə hakim partiyalar arasında qarşılıqlı təmasların artmasının partiyalararası əlaqələrdə artan dinamikanın əyani göstəricisi olduğu diqqətə çatdırılıb.
YAP Sədrinin müavini Tahir Budaqov səfir Qo Minin Azərbaycanda fəaliyyəti müddətində ölkələrimiz arasındakı səmimi dostluq münasibətlərinin və hakim partiyaların qarşılıqlı əlaqələrinin inkişafına verdiyi töhfələrə görə ona təşəkkürünü bildirib və uğurlar arzulayıb.
Minnətdarlığını bildirən səfir Qo Min Çinin etibarlı tərəfdaşı olan Azərbaycanda fəaliyyət göstərməkdən son dərəcə məmnun olduğunu, ölkəmizin inkişafının bundan sonra da uğurla davam edəcəyinə və beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

