Azərbaycanın nümunəsi...
08.10.2024 [09:55]
Ordumuz Vətən müharibəsində və antiterror tədbirlərində beynəlxalq humanitar hüquqa tam riayət edib
Oktyabrın 7-də Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) öz işinə başlayıb. Seminar Azərbaycan Müdafiə Nazirliyinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə təşkil olunub. Beynəlxalq Qızıl Xaç Komitəsinin əhəmiyyətli tədbirlərindən biri olan bu seminarda 70-dən çox ölkəni təmsil edən yüksəkrütbəli zabit iştirak edir.
Seminar əsasən müharibə təcrübəsi olan ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsaslarına, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşürlər. Azərbaycanın Vətən müharibəsi, sonrakı döyüş əməliyyatları, xüsusilə antiterror əməliyyatında beynəlxalq humanitar hüquqa riayət etməsi nümunəvi xarakter daşıyır. 44 günlük müharibədə mülki insanlara dəymiş zərər nisbəti 1960-cı ildən bəri dünya hərb tarixində bir möcüzə hesab olunur. Antiterror əməliyyatında isə mülki tələfat ümumiyyətlə olmayıb. Bütün bunlar Azərbaycanın beynəlxalq humanitar hüquqa ciddi riayət etməsinin bariz nümunəsidir. Elə bu səbəbdən də 17-ci seminarın məhz ölkəmizdə keçirilməsi təsadüfi deyil.
Seminarda müdafiə nazirinin müavini Aqil Qurbanov açılış nitqi ilə çıxış edərək Azərbaycana qarşı törədilən hərbi cinayətlər nəticəsində mülki şəxslərin həlak olmasından danışıb. Nazir müavini çıxışında bildirib ki, Azərbaycan torpaqlarında 30 il ərzində müharibə cinayətləri törədilib, itkin düşən dörd min azərbaycanlı haqqında məlumat verilmir. Bölgədə basdırılan minaların təhdid olduğunu deyən nazir müavini qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra 379 nəfər mina qurbanı olub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (Cenevrə) Silahlı və Təhlükəsizlik Qüvvələri ilə əməkdaşlıq departamentinin rəhbəri Pit Evans isə “Silahlılarla dialoqun aparılması” mövzusunda təqdimatında bildirib ki, dünyada 210 milyon insan silahlı qrupların təsiri altında yaşayır. Silahlı münaqişələr zamanı mülki əhali, mülki obyektlər qorunma altındadır, əhaliyə dəyən ziyanın minimuma, sıfra endirilməsi hədəflənib. Lakin təəssüf ki, indiyədək zərəri sıfra endirmək mümkün olmayıb. “Silah daşıyıcıları, hərbçilər, zabitlər, mühafizə qurumları ilə, o cümlədən silahlı münaqişələrin təsirlərinə məruz qalanlarla danışıqlar aparırıq. Biz bütün tərəflərlə ünsiyyət qurmaqla neytrallığı qoruya bilərik”, - deyə P.Evans qeyd edib.
Qeyd edək ki, seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, beynəlxalq humanitar hüquq və hədəfəalma, Azərbaycan Ordusunda Beynəlxalq Humanitar Hüququn tətbiqi və digər mövzularda çıxışlar olub.
Seminarın keçirilməsində başlıca məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.
Seminar oktyabrın 12-dək davam edəcək.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

