Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hərbi / MN İranın raket hücumu ilə bağlı bəyanat yayıb: Azərbaycan qətiyyətlə Türkiyənin yanındadır

MN İranın raket hücumu ilə bağlı bəyanat yayıb: Azərbaycan qətiyyətlə Türkiyənin yanındadır

09.03.2026 [16:54]

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Respublikasının ərazisinə qarşı raket hücumu ilə bağlı bəyanat yayıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik. Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir.

Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.

Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır", - bəyanatda qeyd olunub.

Qeyd edək ki, İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Paylaş:
Baxılıb: 841 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30