Bakıda Olimpiya mükafatçıları və dünya çempionlarının iştirakı ilə fləş-mob keçirilib
08.11.2024 [23:19]
Noyabrın 8-də Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNICEF və İsveçrə səfirliyi ilə birlikdə "Sağlam Gələcək üçün Gənclər" (Y4HF) adlı fləş-mob keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Olimpiya mükafatçıları və dünya çempionlarının iştirakı ilə COP29 çərçivəsində reallaşan tədbir Abşeron Milli Parkında təşkil olunub.
Fləş-mobdan əvvəl rəsmi açılış mərasimi baş tutub.
Gənclər və idman naziri Fərid Qayıbov tədbirin su problemləri və sağlam həyat tərzinə həsr olunduğunu diqqətə çatdırıb. O, belə tədbirlər sayəsində iqlim dəyişikliyinin qarşısının alınacağına inam ifadə edib.
İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli isə COP29 çərçivəsində keçirilən fləş-mobda iştirak etməyin onun üçün böyük şərəf olduğunu deyib.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdulla, Anqolanın idman nazirinin müavini Paulo Rodriqes da Silva və "1 Milyon Gənc Hərəkatı Çağırışı"nın (1MYAC) İsveçrə səfiri Marta Zaraqoza Navarro Bakıda olmaqdan məmnunluqlarını dilə gətirib, Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə inandıqlarını söyləyiblər.
Fləş-mobda "UNICEF Azərbaycan" ilə Gənclər və İdman Nazirliyi tərəfindən təlim keçmiş bir çox “Gənc İqlim Elçiləri” və 50-dən çox idmançı iştirak edib. İdmançılar açıq havada idmanla məşğul olmağın əhvali-ruhiyyəni artırdığını və stresi azaltdığını vurğulayaraq, insanları sağlam həyat tərzinə səsləyiblər.
Qeyd edək ki, tədbirin məqsədi Xəzər dənizinin sahilində iqlimlə bağlı məlumatlılıq yaratmaq və suyun həyat üçün əhəmiyyətini vurğulamaqla yanaşı, gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının vacibliyinə diqqəti yönəltməkdir. Bu layihə "UNICEF Azərbaycan", Azərbaycan Gənclər və İdman Nazirliyi və İsveçrə rəsmi qurumları (İsveçrə səfirliyi, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC), Présence Suisse) və Beynəlxalq Su Katibliyi ilə "1 Milyon Gənc Hərəkatı Çağırışı" (1MYAC) vasitəsilə yaradılıb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

