Superkubok oyunu oktyabrın 23-də Naxçıvanda keçiriləcək
09.10.2013 [14:28]
2013/2014 mövsümü üçün Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Tədbir AFFA-nın inzibati binasında baş tutub. Cari mövsümdə yarışa Premyer Liqanın və I divizionun hərəsindən 10 komanda qatılacaq. Aşağı dəstə təmsilçilərindən 6-sı isə kuboka qatılmaqdan imtina edib.
Premyer Liqa klublarından “Neftçi”, “Qarabağ”, “İnter”, “Xəzər-Lənkəran”, “Bakı”, AZAL, “Qəbələ”, “Rəvan”, “Sumqayıt”, “Simurq”, I diviziondan isə “Ağsu”, MOİK, “Qaradağ-Lökbatan”, “Lokomotiv”, “Şahdağ”, “Şuşa”, “Araz-Naxçıvan”, “Mil-Muğan”, “Neftçala” və “Kəpəz” Azərbaycan kuboku uğrunda mübarizə aparacaqlar. Bu komandalardan 8-i 1/16 finalda mübarizəyə başlayacaq. 12 komanda isə 4 cütün qalibini 1/8 finalda gözləyəcək.
1/16 və 1/8 finallarda cütün taleyinə bir matçda aydınlıq gələcək. 1/4 və 1/2 finallar isə 2 matçdan ibarət olacaq. Qeyd edək ki, Azərbaycan Superkubokunun keçirilmə yeri və vaxtı da müəyyənləşib. Son ölkə çempionu “Neftçi” ilə Azərbaycan kubokunun finalçısı “Xəzər-Lənkəran” Naxçıvanda üz-üzə gələcəklər. Görüş oktyabrın 23-də keçiriləcək. Əslində, 18 illik fasilənin ardından Azərbaycan Superkuboku uğrunda oyunun klublarımızın bu yay qitə miqyaslı turnirdə növbəti mövsümə startından 1 həftə öncə keçirilməyi nəzərdə tutulmuşdu. Amma klublarımızın Avroliqada iştirakı buna imkan vermədi. Püşkatma mərasimindən sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Superkubokunun Naxçıvanda keçirilməsinə münasibət bildirib: “Azərbaycan Superkuboku uğrunda oyun oktyabrın 23-də Naxçıvan şəhərində keçiriləcək. Azərbaycanın hər bir güşəsi bizim üçün əzizdir. Gəncədə keçirilmiş “Qızıl oyun”da, Quzanlı qəsəbəsində “Qarabağ” - “İnter” oyununda stadiona gələn azarkeşləri görmək çox gözəl hiss idi. Ümid edirəm ki, bu hissləri Naxçıvanda da yaşayacağıq, Naxçıvan əhalisinin futbola böyük sevgisi var. Hər bir komandanın Azərbaycanın istənilən yerində azarkeşləri var”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

