Vergi işçiləri arasında şahmat turnirinə start verilib
15.04.2014 [09:18]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş turnir mayın 3-də başa çatacaq
Aprelin 12-də Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasında vergi xidməti əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinin açılış mərasimi keçirilib. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilib.
Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov turnirin iştirakçılarını salamlayaraq bildirib ki, ötən əsrin 70-ci illərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başlamasından sonra şahmatın inkişafına güclü təkan verilib. Həmin dövrdə idmanın bu növünə göstərilən diqqət və qayğı nəticəsində ölkənin bir çox şəhər və rayonlarında onlarla şahmat məktəbləri və klublar açılıb, Azərbaycan şahmat məktəbi formalaşmağa başlayıb.
Sahib Ələkbərov Prezident İlham Əliyev tərəfindən də bu siyasətin uğurla davam etdirildiyini, bu məqsədlə dövlət başçısının 2009-2012-ci ildə respublikamızda şahmatın inkişaf etdirilməsi ilə bağlı ayrıca Sərəncam imzaladığını və Dövlət Proqramının qəbul edildiyini vurğulayıb. Qeyd olunub ki, bütün bunların nəticəsində şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır. Bu sahədə əldə edilən uğurlar, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 minə yaxın uşaq və yeniyetmə məşğul olur.
Turnirdə vergi orqanlarının bütün struktur bölmələrindən ümumilikdə 32 əməkdaş iştirak edir. Eyni zamanda, builki şahmat turnirində Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun xatirəsini yad etmək məqsədilə ən sürətli qələbə üçün xüsusi mükafat və diplom təsis edilib. Həmin mükafat yarışda ən qısa vaxt ərzində qalib gəlmiş iştirakçıya veriləcəkdir. Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 3-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51

