/ / “Bakı 2015”in məsul şəxsləri ilk Avropa Oyunlarını stimullaşdırmaq üçün Beynəlxalq Olimpiya Akademiyasının sessiyasında iştirak edirlər
“Bakı 2015”in məsul şəxsləri ilk Avropa Oyunlarını stimullaşdırmaq üçün Beynəlxalq Olimpiya Akademiyasının sessiyasında iştirak edirlər
07.08.2014 [09:46]
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı şəxsləri Yunanıstanın Olimpiya şəhərində keçirilən Beynəlxalq Olimpiya Akademiyasının 2014-cü il Avropa Gənclər Sessiyasında iştirak etmək üçün bu ölkədə səfərdədirlər.
Əməliyyat Komitəsindən AzərTAc-a bildiriblər ki, Beynəlxalq Olimpiya Akademiyası, “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsinin birgə təşkil etdiyi sessiya Olimpiya hərəkatının stimullaşdırılması üzərində cəmləşən maarifləndirici mühazirələr və seminarlardan ibarətdir.
Sessiyada “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq komitənin birinci Avropa Oyunlarına hazırlıq istiqamətində gördüyü işlərin gedişi barədə son məlumatları Avropa Milli Olimpiya Komitəsinin nümayəndələrinin diqqətinə çatdırıb.
S.Kleq qeyd edib ki, mən ömrümün otuz ilini Olimpiya hərəkatına həsr etmişəm və birinci Avropa Oyunlarını təşviq etmək üçün burada - Olimpiya Oyunlarının vətənində olmaqdan məmnunluq duyuram. Əminəm ki, Azərbaycan qədim ənənələrə uyğun olaraq Bakını əks etdirən müasir, dinamik, innovativ və canlı tədbir keçirəcək.
Öz strategiyasını “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi komissiyasına təqdim etməzdən əvvəl iştirakçı qruplar həftə ərzində tövsiyələr hazırlayacaqdır. Komissiya ən innovativ və uğurlu işi qalib kimi seçəcəkdir.
Beynəlxalq Olimpiya Akademiyası 1949-cu ildə yaradılıb. Akademiyanın əsas məqsədi Olimpiya ruhunun bütün dünyada yayılmasıdır.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları maraqlı və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaq.
“Bakı-2015” Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaq.
İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

