Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqası turnirinin qrup mərhələsində

Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqası turnirinin qrup mərhələsində

29.08.2014 [09:56]

Ağdamın “Qarabağ” komandası avqustun 28-də futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Hollandiyanın “Tvente” klubu ilə qarşılaşıb.
Ensxede şəhərindəki “Tvente” stadionunda keçirilən görüşü italiyalı baş hakim Paolo Silvio Mazzoleni idarə edib.
AzərTAc xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatıb.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində, 37-ci dəqiqədə Hollandiya təmsilçisinin heyətində Luk Castaynos fərqlənib. Qarşılaşmanın 52-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu M.Muarem hesabı bərabərləşdirib.
Bu komandalar arasındakı Bakıda ilk oyun heç-heçə (0:0) başa çatmışdı. İki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Avropa Liqası yarışlarında mübarizəni davam etdirəcək.

Paylaş:
Baxılıb: 1003 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30