“Bakı-2015”in yeni ofisinin açılış mərasimi keçirilib
04.09.2014 [09:38]
Sentyabrın 3-də “Bakı-2015”in yeni ofisinin açılış mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Avropa Olimpiya Komitəsi (AOK) Koordinasiya Komissiyasının sədri Spiros Kapralos və komissiyanın üzvləri iştirak ediblər.
Mərasimə Azərbaycanın “Bakı-2015”də nümayəndələri olacaq dörd Olimpiya çempionu da qatılıb. Onlar 2004-cü ildə Afinada qızıl medal qazanmış yunan-Roma güləşçimiz Fərid Mansurov, müvafiq olaraq 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında və 2012-ci il London Olimpiadasında qızıl medallar qazanmış sərbəst güləşçilər Namiq Abdullayev və Toğrul Əsgərov, 2000-ci il Sidney Olimpiya Oyunlarında stend atıcılığı üzrə qızıl medal qazanmış Zemfira Meftahətdinovadır.
Azad Rəhimov bildirib ki, AOK Koordinasiya Komissiyasını qəbul etmək bizim üçün şərəfdir. Azərbaycan hökuməti birinci Avropa Oyunlarının uğurla keçirilməsi və Avropanın elit idmançıları üçün böyük təcrübəyə çevrilməsi ilə tam şəkildə məşğuldur. Bu səfərlər birinci Avropa Oyunlarına gedən yolda həddindən artıq mühüm mərhələlərdir və biz növbəti iki gün ərzində təşkilatın bütün sahələri üzrə davamlı tərəqqimizi nümayiş etdirəcəyik. Avropanı nadir idman tədbirində birləşdirəcək yarışların həyata keçirilməsi istiqamətində son aylarda bir sıra vacib və əhəmiyyətli addımlar atmışıq.
Spiros Kapralos deyib ki, biz AOK Koordinasiya Komissiyasının Azərbaycanda keçiriləcək 5 görüşündən dördüncüsündə iştirak etmək üçün Bakıya gəldiyimiz üçün çox şadıq. Bakıya son səfərimizdən ötən 4 ay ərzində “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) yarışın hazırlıqları üçün bütün sahələrdə real işlər görüb. Xüsusilə də aprel ayında Komissiyanın müəyyən etdiyi kommersiya sponsorluğu və kommunikasiya sahələri inkişaf etdirilib. Oyunların açılış mərasiminə cəmi 282 gün qalıb və AOK ilə BAOƏK arasında keçirilən bu görüş “Bakı-2015”ə hazırlıq məqsədilə qalan vaxtın optimallaşdırılması üçün vacibdir.
AOK Koordinasiya Komissiyasının üzvləri iki gün Bakıda olacaqlar. Onlar gələn il keçiriləcək Avropa Oyunlarının yarış obyektlərinə baxacaq və BAOƏK-nin şöbə rəhbərlərindən yeni məlumatlar alacaqlar.
AOK ilk dəfə olaraq ev sahibi olan şəhərin hər yerində nümayiş etdirilən yeni “Bakı-2015” brendini görəcək və bu yaxınlarda yenilənmiş idman proqramı haqqında ətraflı məlumatlar əldə edəcək.
“Bakı-2015”in yeni ofisinin ümumi tutumu 1057 nəfərlikdir və təxminən 11 min kvadratmetrdir. Orada 250 nəfərlik auditoriya, hər mərtəbədə üç kiçik mətbəx və bir neçə iclas otaqları, duş almaq üçün yerlər və namaz otağı vardır.
Hazırda BAOƏK-in işçi qüvvəsi 20 şöbə və 769 işçidən ibrətdir.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

