“Bakı 2015” Avropa Oyunlarına hazırlıq uğurla davam edir
05.09.2014 [09:40]
Spiros Kapralos: Əminəm ki, Bakıda keçiriləcək Avropa Oyunları Avropa idman azarkeşlərinin yaddaşında uzun müddət qalacaq
“Tarixdə ilk dəfə 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq işləri uğurla davam edir. Əminliklə söyləmək olar ki, Avropa oyunları Avropa idmanı üçün bir tarix yazacaq və yüksək səviyyədə təşkil olunacaq bu möhtəşəm tədbir Avropanın idman azarkeşlərinin yaddaşında uzun müddət qalacaq”. Bu fikirləri Avropa Olimpiya Komitələri (AOK) Koordinasiya Komissiyasının sədri Spiros Kapralos dünən Bakıda keçirilən mətbuat konfransında səsləndirib. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, “Bakı 2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin də iştirak etdiyi tədbir Koordinasiya Komissiyasının (KK) 4-cü iclasının yekunlarına həsr olunub.
İki gün davam edən iclas çərçivəsində komissiya üzvləri yarışların keçiriləcəyi obyektlərə səfərlər edərək, aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olublar. Həmçinin, “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin bir sıra şöbələrinin təqdimatını keçiriblər. Qonaqlar BAOƏK-in yeni ofisinin açılışında da iştirak ediblər.
Spiros Kapralosun sözlərinə görə, oyunları keçirmək üçün Bakıda möhtəşəm bir komanda formalaşıb: “Burada həm əcnəbi mütəxəssislər, həm də yerli peşəkar kadrlardan ibarət mükəmməl bir komanda işinin şahidi oldum. Əminliklə deyə bilərəm ki, Bakıya budəfəki səfərimiz bizə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını dünya səviyyəli bir tədbirə çevirmək üçün çalışan bir strukturla tanış olmaq fürsəti yaratdı və biz bundan çox şad olduq”.
Oyunların başlamasına 281 günün qaldığını xatırladan Spiros Kapralos ötən bir il yarım ərzində Bakıda mükəmməl işlərin aparıldığını, hər şeyin planda nəzərdə tutulduğu şəkildə getdiyini qeyd etməklə yanaşı, Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağına, idmançıların və turistlərin Azərbaycandakı qonaqpərvərlikdən razı qalacaqlarını əminliklə vurğulayıb.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov isə öz növbəsində Oyunlara hazırlığın gedişatı, eləcə də, Azərbaycanın Avropada tanıdılması, idmançıların ölkəmiz haqda ətraflı məlumat əldə etmələri məqsədilə qitənin müxtəlif aparıcı KİV-lərində materialların və reklam çarxlarının yerləşdirildiyini bildirib. O, həmçinin, artıq bir neçə tanınmış şirkətlə Avropa Oyunlarına sponsorluq barədə müqavilə imzalandığını da söyləyib. Sonra tədbir iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar.
Ermənistan idmançılarının Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakı ilə bağlı sualı cavablandıran nazir Azad Rəhimov qeyd edib ki, Ermənistan idmançıları dəfələrlə Bakıda keçirilən beynəlxalq yarışlarda iştirak ediblər və bütün bu yarışlarda Azərbaycan dövləti onların təhlükəsizliyinə təminat verib. Eyni zamanda, Azərbaycan idmançıları da Ermənistanda keçirilən beynəlxalq yarışlarda iştirak ediblər, qələbələr qazanıblar, dövlət himnimizi səsləndiriblər. Odur ki, burada təhlükəli bir hal yoxdur. Azərbaycan dövləti erməni idmançılarının Avropa Oyunlarında iştirakına təminat verəcəyini artıq bəyan edib və qarşı tərəfin bu addıma müsbət cavab verəcəyi gözlənilir. Öz növbəsində, Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının sədri Spiros Kapralos isə bildirib ki, hazırda bu məqsədlə Ermənistan tərəfi ilə danışıqlar aparılır və gələn ay AOK-nın rəhbərliyinin Yerevana səfəri nəzərdə tutulur.
Oyunların proqramında dəyişikliklər edilməsi və sambo idman növünün 20-ci idman növü kimi Avropa Oyunlarının proqramına daxil edilməsinə gəlincə isə, Spiros Kapralos qeyd edib ki, sambo Qafqaz xalqları arasında məşhur idman növü olduğundan, belə qərara gəlinib ki, o, “Bakı 2015”in proqramına daxil edilsin. Azad Rəhimov isə əlavə edib ki, bununla da Avropa Oyunlarının proqramı artıq tərtib olunub və qarşıdakı müddətdə əlavə heç bir yarış növü oyunların proqramına daxil edilməyəcək. Daha sonra nazir Azad Rəhimov KİV nümayəndələrini yarışların keçiriləcəyi idman qurğuları, eləcə də, həmin qurğularda aparılan tikinti-quraşdırma işlərinin gedişi barədə ətraflı məlumatlandırıb.
Qeyd olunub ki, yarışlardan boks, qılıncoynatma, karate, taekvando və voleybol - “Bakı Kristal Zal”da, oxatma - Tofiq Bəhrəmov adına Respublika stadionunda, badminton, stolüstü tennis - Bakı Əl Oyunları Sarayında, cudo, sambo və güləş - Heydər Əliyev adına İdman-Konsert Kompleksində, gimnastika - Milli Gimnastika Arenasında, su idman növləri - Bakı Su İdmanı Mərkəzində, basketbol - Basketbol Arenasında, çimərlik futbolu və voleybolu - Çimərlik Arenasında, yüngül atletika yarışları - Milli Olimpiya Stadionunda, qayıq yarışları isə Mingəçevirdə keçiriləcək. Triatlon yarışlarının keçiriləcəyi yer isə az sonra bəlli olacaq. Belə ki, yaxın günlərdə Beynəlxalq Triatlon Federasiyası rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıya gələrək, idman qurğuları ilə yaxından tanış olacaqlar, sonra yekun qərar veriləcək. Azad Rəhimov yarışların keçiriləcəyi idman qurğularının hamısının yüksək səviyyədə inşa edildiyi və ya yenidən təmir olunduğunu xatırladaraq, Bakıda keçiriləcək Avropa Oyunlarının təşkilinin və keçirilməsinin Avropa Olimpiya hərəkatı üçün bir standarta çevriləcəyini əminliklə vurğuladyıb.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

