“Bakı-2015” Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalına dəvət olunub
04.10.2014 [10:40]
“Bakı -2015” Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalında gələn ilin yayında paytaxtımızda təşkil ediləcək birinci Avropa Oyunları haqqında ətraflı təqdimat keçirəcək.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsindən AzərTAc-a bildiriblər ki, bir həftə davam edəcək nüfuzlu görüş Rusiya Federasiyasının bu ilin əvvəlində Qış Olimpiya və Paralimpiya Oyunlarına uğurla ev sahibliyi etmiş Soçi şəhərində baş tutur.
“Bakı-2015”in korporativ direktoru Elçin Səfərov Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən qazanılmış son uğurları və Azərbaycanın idman nailiyyətlərini müzakirə etmək üçün Soçi şəhərinə gedən nümayəndə heyətinə rəhbərlik edəcək.
E.Səfərov bununla bağlı deyib: “Biz Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalına dəvət olunmaqdan qürur duyur və tədbiri səbirsizliklə gözləyirik. Bu, qonşu ölkənin “Bakı-2015” Avropa Oyunları ilə bağlı planların nə dərəcədə inkişaf etdiyini, artıq oyunlara qitədə maraq və stimulun yaranmasını anlamaq üçün əhəmiyyətli fürsətdir. Bizim təqdimatımız və mühazirəmizdə əsas diqqət ilk Avropa Oyunlarının 20 idman növü üçün innovativ planlarına və bu vaxtadək görülən işlərə necə nail olmağımıza cəmləşəcək. Mən bu təklifə görə Rusiya Jurnalistlər İttifaqının rəhbəri Vsevolod Boqdanova təşəkkür edirəm”.
Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil olunan Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalı artıq 18 ildir ki, keçirilir və bu festivalda 1000-dən çox nüfuzlu media nümayəndələri iştirak edəcəklər.
Digər iştirakçıların sırasına Birləşmiş Millətlər Təşkilatının üzvləri, UNESCO-nun nümayəndələri, müxtəlif beynəlxalq jurnalist təşkilatlarının və Avropa media qurumlarının rəhbərləri daxildirlər.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı-2015” Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növü olacaq. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.
İdmanın doqquz növü 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.
Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

