Bakıda gimnastika axşamı
15.10.2014 [09:53]
Oktyabrın 14-də Bakı Gimnastika Məktəbində (BGM) gimnastika axşamı keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə fəxri qonaqlar, dövlət və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri, bədii gimnastika üzrə milli komandaların məşqçiləri iştirak ediblər.
Gimnastika axşamında 4 idman növü - bədii gimnastika, kişi və qadın idman gimnastikası və akrobatika üzrə qala-çıxışlar təqdim olunub.
Tədbirdə çıxış edən BGM-nin direktoru, batut və tamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadə qonaqları salamlayaraq bildirib ki, Bakıda gimnastikaya böyük maraq göstərilir. Hazırda gimnastika məktəbində 700 uşaq məşq edir. Məktəbdə beş gimnastika idman bölməsi - idman və bədii gimnastika, akrobatika, tamblinq və Azərbaycanda yeni açılan gimnastika növü - batut fəaliyyət göstərir.
A.Hüseynzadə bildirib ki, bu yaxınlarda bizim gimnastlarımız bir neçə beynəlxalq yarışlarda iştirak ediblər. İyun ayında idmançılarımız Ramil Dəmirov və Elmir Rüstəmov Rusiyanın Voronej şəhərindən bürünc medalla Bakıya qayıdıblar. Sentyabr ayında akrobatlarımız Nurcan Cabbarlı və Ağasif Rəhimov Almaniyada çox uğurla çıxış ediblər və qızıl medal qazanıblar. İdman gimnastımız Əli Xəlilov da sentyabr ayında beynəlxalq yarışda iştirak edib. O, Novosibirsk şəhərində qızıl medal qazanıb.
Bu ilin iyununda Bakıda bədii gimnastika üzrə Avropa çempionatının keçirildiyini xatırladan A.Hüseynzadə, məktəbin idmançısı Aliyə Paşayevanın bu yarışda iştirak etdiyini və qrup hərəkətlərində gümüş medal qazandığını söyləyib. Direktor məktəbin yetirmələrinin Avropa, dünya və Olimpiya oyunlarında daha yüksək nəticələr əldə edəcəklərinə inandıqlarını deyib.
Daha sonra qala-konsertə start verilib və Bakı Gimnastika Məktəbinin yetirmələri və Azərbaycan milli komandalarının üzvləri öz məharətlərini nümayiş etdiriblər.
Qala-konsertin sonunda Bakı Gimnastika Məktəbi ilin nəticələrinə görə fərqlənən bir neçə yetirməsini xüsusi mükafatlarla təltif edib.
Azərbaycanın qrup hərəkətləri yığma komandasının üzvü, 2014-cü ildə Avropanın vitse-çempionu Aliyə Paşayeva “Ən yaxşı qadın gimnast”, bu yaxınlarda Rusiyada keçirilən beynəlxalq turnirin mütləq qalibi Əli Xəlilov “Ən yaxşı ümidverici gimnast”, akrobatika üzrə Azərbaycan milli komandasının baş məşqçisi İradə Qurbanova “Ən yaxşı məşqçi”, həm qadın, həm də kişilər arasında dünyada yeganə beynəlxalq dərəcəli hakim Rza Əliyev “Ən yaxşı hakim” mükafatlarına layiq görülüblər.
Mükafatları təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, federasiyanın baş katibi Fərid Qayıbov və BGM-nin direktoru Adil Hüseynzadə təqdim ediblər.
Sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sistemində də böyük inkişafa nail olunduğunu diqqətə çatdırıb. Bildirib ki, son 11 ildə 3 minə yaxın ümumtəhsil müəssisəsi tikilib və yenidən qurulub.
M.Cabbarov Bakı Gimnastika Məktəbinin yenilənmiş simasının şahidi olduqlarını vurğulayaraq bu münasibətlə kollektivi təbrik edib. Bildirib ki, bütün bu uğurlar Azərbaycan dövlətinin başçısının ölkədə idmanın inkişafına diqqət və qayğısının əyani təzahürüdür.
Nazir, həmçinin qeyd edib ki, gimnastikanın bütün növlərinin inkişaf etdirilməsində ölkənin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rolu xüsusi vurğulanmalıdır.
BGM-nin çox zəngin ənənələri və fəxr ediləsi nailiyyətlərinin olduğunu söyləyən nazir qeyd edib ki, məktəbin məzunları arasında Olimpiya və Avropa çempionları, qitə və dünya yarışlarının mükafatçıları vardır. M.Cabbarov bugünkü çıxışları izlədikdən, məktəbin rəhbərliyi, burada çalışan müəllimlərlə yaranan ünsiyyətdən sonra məktəbin ən böyük uğurlarının hələ qabaqda olmasına əminliyini ifadə edib.
Sonda Azərbaycanın dövlət himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

