BMT Baş Məclisində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib
22.10.2014 [09:43]
Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov BMT Baş Məclisində “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib.
Çıxışında “Bakı-2015” ilk Avropa Oyunları barədə danışan A.Rəhimov deyib ki, 17 gün ərzində davam edəcək mötəbər tədbirdə Avropadan olan 6 mindən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaq. Avropa Oyunlarına hazırlaşmaq üçün iki ildən bir az çox vaxt ayrılmasına baxmayaraq, Azərbaycan bu ilk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir.
Nazir “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərdən danışıb, Oyunların keçirilməsi üçün tikilən yeni idman obyektləri barədə məlumat verib.
A.Rəhimov deyib: “Orta yaşı 30,1 olan ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir. Əhalinin 40 faizi 24 yaşın altındadır. Biz xalqımızı gözəl idman infrastrukturu ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq hiss edirik. Təkcə son 10 il ərzində ölkə ərazisində dünya standartlarına cavab verən 50-dən çox idman obyekti inşa etmişik. Vətəndaşlarımız üçün tamamilə ödənişsiz olan bu infrastruktur əhalimizin idman obyektlərindən daha geniş istifadəsini təmin edir.”
Sonra Baş Məclisin qərargahında “Bakı-2015” Avropa Oyunlarına həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Qəbulda A.Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunları haqqında əsas faktlardan və Azərbaycanın dünya idmanına verdiyi töhfələrdən danışıb: “Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanıb”.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı 2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançı öz ölkələrini təmsil edəcək.
İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.
Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

