Azərbaycanın “Bakı-2015” Avropa Oyunlarındakı güləş elçiləri
28.11.2014 [09:40]
“Bakı-2015” Avropa Oyunlarında möhtəşəm idman bayramının elçiləri olacaq 11 Azərbaycan idmançısının adları açıqlanıb. Seçilmiş idmançılar öz idman növlərini və ölkəmizi təmsil edəcək, qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarına, həmçinin “Bakı-2015”in geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərinə qatılacaqlar.
On bir elçidən ikisi Azərbaycan Güləş Federasiyasının nümayəndələri - yunan-Roma güləşçisi Rövşən Bayramov və qadın güləşçimiz Mariya Stadnikdir.
Azərbaycan Güləş Federasiyasından AzərTAc-a bildiriblər ki, 14 ildir güləşin yunan-Roma növü ilə məşğul olan Rövşən Bayramovu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Bu, həm də idmançımızın indiyədək qazandığı nailiyyətlərlə bağlıdır. Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı (Pekin-2008, London-2012), dünya çempionu (2011), gümüş (2006) və bürünc medalçısı (2009), ikiqat Avropa çempionu (2007, 2008) və bürünc medalçısı (2006), hərbçilərin dünya çempionatının qalibi (2006), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” Beynəlxalq turnirinin üçqat qalibi (2006, 2008, 2011), gənclər arasında dünya çempionu (2003) və bürünc medalçısı (2005), yeniyetmələr arasında Avropa çempionatının ikiqat bürünc medalçısı (2002, 2003) olan Rövşən Bayramov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Güləşlə 12 ildir məşğul olan Mariya Stadnikin adı da bu idman növünün həvəskarlarına çox tanışdır. Qadın güləşi üzrə yığma komandamızın lideri olan Mariya Stadnik demək olar ki, qatıldığı bütün yarışlardan medalla qayıdıb. Olimpiya Oyunlarının gümüş (London-2012) və bürünc mükafatçısı (Pekin-2008), dünya çempionu (2009), gümüş (2011) və bürünc medalçısı (2014), dördqat Avropa çempionu (2008, 2009, 2011, 2014), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” Beynəlxalq turnirinin üçqat qalibi (2008, 2011, 2014) və bürünc medalçısı (2009), gənclər arasında Avropa çempionu (2008) olan güləşçimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Həm Rövşən Bayramov, həm də Mariya Stadnik “Bakı-2015” ilk Avropa Oyunlarının idman elçisi olmaqdan fəxr duyduqlarını və Azərbaycanı layiqincə təmsil etməyə çalışacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

