Şəkidə Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunları keçirilir
20.12.2014 [12:18]
16 şəhər və rayonun komandalarının iştirak etdiyi yarışlarda dekabrın 22-də final oyunu və iştirakçılarının mükafatlandırılması mərasimi baş tutacaq
Dekabrın 17-də Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində artıq ənənə halını alan Prezident Kuboku uğrunda çövkən yarışlarının növbətisi - 9-cu çövkən milli oyunları üzrə yarışlar başlayıb. Mədəniyyət və Turizm Nazirliyi və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan yarışlar dekabrın 22-nə qədər davam edəcək. Şəki rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalovanın verdiyi məlumata görə, Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunları çövkən, sürpapaq və yaylıq oyunları üzrə keçirilir. Onun sözlərinə görə, yarışlarda 16 şəhər və rayonun komandaları iştirak edir (Bakı şəhərinin “Kövsər”, “Sərhədçi”, “Polad”, Şəki, Yevlax şəhər, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz, Laçın və Xaçmaz rayon komandaları). Dekabrın 22-də final oyunu və yarış iştirakçılarının mükafatlandırılması mərasimi də keçiriləcək.
Çövkən oyununun Azərbaycan xalqının qədim milli oyunu olduğunu vurğulayan Mirvari Zeynalova deyib ki, ənənəvi olaraq hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması və təbliği məqsədi daşıyır. Xatırladaq ki, bir il əvvəl, ötən ilin dekabrında Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Azərbaycanın çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi, heç şübhəsiz ki, ölkəmizdə mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin məntiqi nəticəsidir. Onun sözlərinə görə, bu gün xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahələrə marağın oyadılması və kütləviliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Ənənəvi olaraq Prezident Kuboku uğrunda çövkən yarışlarının keçirilməsi də buna sübutdur. Belə ki, 2005-ci ildən başlayaraq Prezident Kuboku uğrunda keçirilən turnir ənənəvi olaraq Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin bazasında təşkil edilir. İndiyə kimi bu mərkəzdə Marafon - 45, Prezident Kuboku turnirləri təşkil edilib. Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə turnirin ilk qalibi Ağstafa rayonunun komandası olub. Yeri gəlmişkən, əgər əvvəllər çövkənlə məşğul olan və yarışlarda iştirak edən cəmi 3 rayon vardısa, ötən 2 il müddətində onların sayı 13-ə çatıb. “Biz çox böyük məmnunluq hissi ilə bildiririk ki, ulu əcdadlarımızın bizə miras olaraq qoyub getdiyi mənəvi sərvətləri yaşatmaq və təbliğ etmək missiyası bizim nəslin payına düşür. Bu mənada biz üzərimizə düşən məsuliyyət hissinin böyüklüyünü və vacibliyini yaxşı dərk edir, keçmiş nəsillərdən bizə əmanət qalan milli dəyərlərimizi dirçəltməyi və onları gələcək nəsillərə daha təkmil bir formada təqdim etməyi özümüzün başlıca vəzifəsi və vətəndaşlıq borcu kimi qəbul edirik”, - deyə Mirvari Zeynalova vurğulayıb.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37

