Bakının “Sərhədçi” komandası Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyununun qalibidir
23.12.2014 [09:32]
Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar Bakının “Sərhədçi” komandasının qələbəsi ilə başa çatıb.
AzərTAc xəbər verir ki, bu komanda dekabrın 22-də, oyunların təntənəli bağlanış mərasimindən əvvəl keçirilən yarışın finalında paytaxtın digər təmsilçisi - “Kövsər” komandasını 4:0 hesabı ilə məğlub edərək oyunların qalibi adını qazanıb. Üçüncü yeri Ağdam təmsilçilərinə 1:0 hesabı ilə qalib gələn Ağstafa komandası tutub.
Bir gün əvvəl başa çatmış sür-papaq oyunu üzrə yarışlarda Balakən komandası hamıdan güclü olub. Bu növdə sonrakı yerləri Ağcabədi və Laçın rayonlarının komandaları tutublar. Oğuzlular papaq, Qəbələ komandası isə yaylıq oyunu üzrə yarışların qalibi adını qazanıblar.
Dekabrın 17-də başlanan yarışlarda, ümumilikdə, respublikamızın 13 rayonunu və Bakı şəhərinin 3 idman klubunu təmsil edən 16 komanda mübarizə aparıb.
Çövkən oyunu üzrə final qarşılaşmasından sonra komandaların mükafatlandırılması mərasimi keçirilib.
Çövkən, sür-papaq, papaq və yaylıq oyunları üzrə fərqlənən bütün komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub. Çövkən milli oyununun qalibi “Sərhədçi” komandası, eyni zamanda, yarışların baş mükafatına - Prezident Kubokuna layiq görülüb.
Sonda yarış iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və dirçəldilməsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.
Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Çövkən milli oyununun bu siyahıya daxil edilməsi xalqımızın yaratdığı ənənələrin yalnız Azərbaycan deyil, bütün bəşəriyyət üçün də xüsusi önəm daşıdığını bir daha sübut edir. Həmin sessiyada iştirakçıların diqqətinə çatdırılıb ki, ənənəvi Qarabağ oyunu olan çövkən Azərbaycan xalqının milli adət-ənənələrindən irəli gəlir və milli mənliyin formalaşmasında böyük rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39

