/ / “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi “Kapital Bank” ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayıb
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi “Kapital Bank” ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayıb
14.03.2015 [10:50]
Martın 13-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi “Kapital Bank” ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayıb.
AZƏRTAC xəbər verir ki, “Fairmont Baku” mehmanxanasında təşkil olunan tədbirdə əvvəlcə Avropa Oyunlarına hazırlıqdan bəhs edən videoçarx nümayiş olunub.
“Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Avropa Oyunlarının açılış mərasiminə 91 günün qaldığını xatırladaraq, 8-ci - sonuncu tərəfdaş kimi “Kapital Bank” ilə imzalanan müqavilənin əhəmiyyətini yüksək qiymətləndirib.
Saymon Kleq bildirib ki, Azərbaycanda güclü brend olan “Kapital Bank”ı tərəfdaşlarımız arasında görməyimizdən çox məmnunuq. Ümid edirəm ki, “Kapital Bank” ilə sıx əməkdaşlıq edəcəyik və bu müqavilə hər iki tərəf üçün uğurlu olacaq. Müqaviləyə əsasən Avropa Oyunlarına qatılacaq 6 mindən artıq atlet, KİV nümayəndəsi və qonaqlar “Kapital Bank”ın ATM və xarici valyutadəyişmə xidmətindən istifadə edəcək.
Könüllülərin sayının artdığını, “Alov qoruyanlar”ın və texniki heyətin uniformalarının və “Bakı-2015”in medallarının ictimaiyyətə təqdim edildiyini vurğulayan Saymon Kleq Avropa Oyunlarının məşəlinin ölkəmizin müxtəlif bölgələrindən keçəcəyini diqqətə çatdırıb.
Ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini vurğulayan “Kapital Bank”ın idarə heyətinin sədri Rövşən Allahverdiyev respublikamızda idman infrastrukturunun dünya standartlarına cavab verdiyini bildirib. Qeyd edib ki, “Kapital Bank” “Bakı-2015”in bütün məkanlarında ATM-lər, Media və Atletlər kəndlərində xarici valyutadəyişmə aparatları yerləşdirməklə tamaşaçılar, mətbuat nümayəndələri və idmançılar üçün dəyərli xidmət təmin edəcək. “Kapital Bank” hər zaman ölkə idmanının inkişafına töhfə verməkdədir. Belə ki, bədii gimnastika sahəsində bir neçə layihə həyata keçirilib. Bank, həmçinin peşəkar futbol klublarının maliyyələşməsində yaxından iştirak edir.
Sonra Saymon Kleq və Rövşən Allahverdiyev rəsmi tərəfdaşlıq müqaviləsini imzalayıblar.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
“Bakı-2015” “Kapital Bank”dan əvvəl “Azərbaycan Hava Yolları” QSC, bp, “Coca-Cola”, “Nar Mobile”, “P&G”, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Tissot” ilə rəsmi tərəfdaşlıq müqavilələri imzalayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

