“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi UNICEF ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
17.03.2015 [10:14]
UNICEF və “Bakı-2015” Avropa Oyunları bütün uşaqlar üçün idmanın gücünü artırmaq məqsədilə martın 16-da “Fairmont Baku” mehmanxanasında tərəfdaşlıq müqaviləsi imzalayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Bakı-2015”ə hazırlıqla bağlı videoçarx nümayiş olunub.
Azərbaycanda əhalinin 60 faizdən çoxunu gənclərin təşkil etdiyini bildirən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə bu təbəqənin inkişafı istiqamətində görülən mühüm işlər barədə danışıb. Nazir bildirib ki, ölkəmizdə gənclər əzmkar və uzaqgörən ideyalara sahibdirlər. İdman maarifləndirmə işində mühüm rol oynayır, ölkəmiz də bu tipli irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bundan əlavə, gələn il Azərbaycanda “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunu keçiriləcək.
Avropa Oyunlarının böyük potensiala malik olduğunu diqqətə çatdıran Azad Rəhimov “Bakı-2015”dən sonra bu potensialdan xalqın mənafeyinə uyğun istifadə ediləcəyini vurğulayıb.
Bildirib ki, tərəfdaşlıq müqaviləsinə Azərbaycanın 21 rayonunda keçiriləcək onlayn məsləhətləşmələr daxildir. Bu məsləhətləşmələr Avropa Oyunlarından iki gün əvvəl Bakıda keçiriləcək təhlükəsizlik və hərtərəfli idman üzrə milli gənclər müşavirəsinin bir hissəsidir. Məsləhətləşmələr, həmçinin gəncləri öz icmalarında idmana və ölkədə çoxsaylı idman infrastrukturundan tam istifadə etməyə həvəsləndirəcək.
Dünyada idmanın güclü tanıtım vasitəsi olduğunu bildirən UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Marie-Pierre Poirier Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsini yüksək qiymətləndirib. Qeyd edib ki, bəzən ölkələr irimiqyaslı yarışlara ev sahibliyi etməklə böyük uğura imza atırlar. Bu cür tədbirlər zamanı dünyanın bütün diqqəti həmin ölkəyə yönəlir. Son illərdə Braziliya, Çin, Cənubi Afrika Respublikası kimi ölkələr məhz bu tipli idman tədbirlərinə görə diqqət mərkəzinə çevrilib. Avropa Oyunları Azərbaycanın müasirliyini və dinamik inkişafını bütün dünyaya nümayiş etdirəcək.
Avropa Oyunlarının özündə dostluğu və hörməti ehtiva etdiyini bildirən Marie-Pierre Poirier irimiqyaslı idman tədbirlərində uşaqların iştirakının vacibliyini bildirib. Vurğulayıb ki, “Barselona” klubu, tanınmış futbolçular Devid Bekham, Leonel Messi, tennisçi Serena Uilyams UNICEF-in layihələrində yaxından iştirak edir və uşaqların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayırlar.
Sonra Azad Rəhimov və Marie-Pierre Poirier müqaviləni imzalayıblar.
Müqavilə gənclərə idmanın onların həyatına necə təhlükəsiz və hərtərəfli dəyər gətirdiyini əks etdirir, həmçinin oyunların sosial irsinin inkişafında gənclərin rolunu gücləndirir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

