Birinci Avropa Oyunlarının bağlanış mərasiminin bədii direktoru təyin edilib
04.04.2015 [10:54]
Aprelin 3-də Ceyms Hedley “Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasiminin bədii direktoru təyin edilib.
C.Hedley peşəkar teatr və sirk sənətində, eləcə də mötəbər tədbirlərin idarə olunmasında 25 illik təcrübəyə malikdir. O, Şimali Amerikada “Mystere”, “La Nouba”, “O”, “The Beatles’ LOVE”, “Ka, Iris and Zumanity” daxil olmaqla bir sıra tamaşaların qurulmasında “Cirque du Soleil’s” şirkətinin baş bədii direktoru olub. C.Hedley, həmçinin “Qremmi” mükafatı, “Tonight Show”, “Live with Kelly and Michael”, “Ellen De Generes Show” və “Today Show” kimi proqramları hazırlayıb.
“Bakı-2015” Avropa Oyunlarının bağlanış mərasimi 50 ölkənin nümayəndə heyətinin üzvlərini, 6000-dən çox idmançını, eləcə də onların ailələrini, məşqçilərini, könüllüləri, tərəfdaşları və ümumilikdə, bütün ictimaiyyəti birləşdirən vida şousu olacaq.
Ceyms Hedley bu barədə deyib: “Bakı-2015” üçün bağlanış mərasimi tamaşasını təşkil etmək şərəf, eyni zamanda, məsuliyyətdir. Məqsədim Avropa Oyunlarına layiq olduğu möhtəşəm final səhnəsini bəxş etmək və mərasimə qatılanlar, həmçinin dünyanın müxtəlif yerlərində tamaşaçılar üçün unudulmaz şou yaratmaqdır”.
Ceyms Hedleyin yaradıcı əməkdaşı olacaq Libbi Haylənd isə “Bakı-2015” bağlanış mərasiminin yaradıcı direktoru qismində fəaliyyət göstərəcək. Libbi Haylənd “Rio-2007” və “Qvadalaxara-2011” Panamerika Oyunları da daxil olmaqla bir sıra tədbirlərin yaradıcı işlərinə rəhbərlik edib.
“Bakı-2015” Avropa Oyunlarının mərasimlər üzrə direktoru xanım Katerina Uqvu yeni təyinatla bağlı bunları deyib: “L.Haylənd ilə C.Hedley artıq Bakıda yaratdığımız güclü bədii komandanı tamamladılar. Onların yaradıcı gücü “Five Current production”ın təcrübəsi ilə birləşərək Avropa Oyunlarının bağlanışı üçün layiqli mərasim ərsəyə gətirəcək”.
“Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilatçısı Skot Qivensin rəhbərlik etdiyi “Five Currents” aparıcı şirkətidir. Şirkət “Soçi-2014” Qış Olimpiya, “Rio-2007” və “Qvadalaxara-2011” Panamerika oyunlarının açılış və bağlanış mərasimlərini, “Cinco de Mayo”nun 15 illik yubileyini və Rio-de-Janeyroda “Reveillon Copacabana” yeni il tamaşası da daxil olmaqla bir çox tədbirləri təşkil edib.
Açılış və bağlanış mərasimlərini yeni tikilmiş Bakı Olimpiya Stadionunda 68 min nəfər, dünyanın müxtəlif bölgələrində isə milyonlarla televiziya tamaşaçısı izləyəcək.
Hər iki mərasimə biletlər martın 20-dən http://az.baku2015.com/tickets/index.html saytında onlayn satışa çıxarılıb. Aprelin 3-də isə biletlərin paytaxtın müxtəlif ticarət mərkəzlərində quraşdırılmış satış məntəqələrində də satışına start verilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

